Əsas səhifə / Əsas menu / Yemək reseptləri / Gürcü mətbəxindən: kəsmikli pendirli xaçapuri
Bizi mobildən daha sürətli  izləyin

Gürcü mətbəxindən: kəsmikli pendirli xaçapuri

Gürcü mətbəxindən: kəsmikli pendirli xaçapuri

Tərkibi:

Ərzaqların ölçüsü istəyə uyğun götürülür.

-Un

-Duz

-Maya

-Su

İçlik üçün:

-Holland pendiri və ya pendir

-Kəsmik

-İstəyə uyğun göyərtilər

-Duz, istiot

Hazırlanması:

Una duz, maya, su əlavə edilib, xəmir yoğrulur və mayalanmağa qoyulur. Pendir xırdalanalır (holland pendiridirsə, sürtgəcin iri gözündən keçirilir), kəsmik əlavə edilir.
Pendir duzlu olarsa, duz vurmayın. Xəmir mayalandıqdan sonra kiçik hissələrə ayrılır və əl ilə yayılır.

1
Göyərtilər xırda doğranılır, bir yerdə qarışdırılır.  (Fərq etməz pendir və ya kəsmik, hər ikisi də ola bilər və ya ikisindən biri).

3

2
Ortasına içlik qoyulub bükülür.

5

4
Əl ilə yayılır. (Şəkildəki kimi)

6
Tavaya yağ əlavə edilib hər iki üzü qızardılır.

7

8
Kəsmikli pendirli xaçapuriniz hazırdır.

9
Nuş olsun!

Buna da baxın

Uşaqlarınızı xərçəngdən qoruyun. Necə?

Whatsapp ilə Paylaş Xərçəng xəstəliyi bütün dünyanın qorxulu yuxusudur. Prof. Dr. Erkan Topuz’un verdiyi  məlumata görə, …