Əsas səhifə / Əsas menu / Sağlamlıq / Alternativ tibb / Həddən artıq su içsəniz…
Bizi mobildən daha sürətli  izləyin

Həddən artıq su içsəniz…

gh
Su içə bilmirəm deyənlər əslində orqanizminizin su tələb etməməsinə özünüzün səbəb olduğunuzu bilirdinizmi?

Bir çox həkim və mütəxəssislər bu mövzu üzərində bir sıra araşdırmalar aparmışlar. Bədənimizin böyük bir hissəsinin sudan ibarət olduğunu yazan Dr. Fevzi Özgönül, “Bu nisbət adamdan adama, yaşına, bədən quruluşuna və kişi-qadın olmasına görə dəyişsə də nisbət təxminən kişilərdə yüzdə 55-65, qadınlarda isə yüzdə 50-60 aralığındadır. Bədəndəki su itkiləri çox ciddi problemlər doğura bilər. Qadınklubu.com su ehtiyacınızı sıfıra endirən yalnış qidalanmanın bir neçəsini sizlər üçün araşdırmışdır.

1. Çay-qəhvə kimi içkilər çox içmək

Çay-qəhvə kimi içkilər çox içmək su ehtiyacınızı azaldır. Çox çay qəhvə içirsinizsə özünüz bir qayda qoyun və ona riayət edin. Hər içdiyiniz çay ya da qəhvədən sonra bir stəkan su içmədən ikinci çayı və ya qəhvəni içməyin.

2. Çox qonaq qarşılamaq

Qonağa su təklif etmək sanki onu təhqir etmək kimi düşünüldüyündən su istəyən qonağa belə zorla çay və ya qəhvə içiririk. Çayınız və ya qəhvənizin yanında özümüz və qonaqlar üçün bir stəkan da su gətirin. Çaydan bir qurtum aldıqdan sonra su içməyə davam edin.

3. Suyun dadını dəyişdirmək

Suya limon , darçın və ya qoxulu bir bitki atıb dadını dəyişdirərək içməyə çalışmaq sizə suyun natural dadını unutduracaq.

4. Yemək yeyərkən su içməyin yalnış olduğuna inanmaq

Yemək əsnasında su içmənin səhv olduğuna inanmaq. Yemək əsnasında əgər maye içmək istəyiriksə seçimimiz su olmalıdır. Beləcə yeməklərdən daha çox dad və ləzzət ala bilərik.

5. Arıqlamaq üçün səhərlər su içmək

Zəifləmək üçün yeməkdən əvvəl ac qarınına 2 stəkan su içməyə çalışıb sudan nifrət edəcək həddə çatmaq. Qətiyyən ac qarına yeməyin dərhal əvvəlində su içməyin yemək əsnasında içilə bilər. Hətta şorba kimi maye yeməkləri belə yeməkdən sonra için.

6. Çox meyvə yemək

Çox meyvə yemək. Meyvələrdə bol miqdarda maye olduğu üçün gizli olaraq su içmə istəyimizi azalda bilərlər.

7. Ehtiyac duyduğumuzdan çox su içməyə çalışmaq

Ehtiyac duyduğumuzdan çox su içməyə çalışmaq. Bir müddət sonra su içmə istəyimizi azaldacaq hətta maneə törədəcək. Bədənimiz su istəmirsə biz 3 litr su içsək belə ona yaxşılıq etmərik. Məcbur etdiyimiz üçün orqanizmin su təlabatını yox edərik.

8. Susamadan su içmək

Ümumiyyətlə gündə ən az 2.5-3 litr su içməyimiz lazım olduğu deyirlər. Çox doğrudur lakin əgər su içmə istəyimiz yoxdursa səbəblərini aradan qaldırmadan və susama duyğumuzu bərpa etmədən su içməyə çalışmaq səhvdir. Çünki bu yalnız su içməkdən nifrət etməyinizə səbəb olacaq.

Buna da baxın

Ədviyyatla həftədə 1 kq arıqla

Whatsapp ilə PaylaşArıqlamaqda ədviyyatların rolunu yəqin ki bilirsiniz. Xüsusən də zəncəfil və sarıkök bu ədviyyatların …