Əsas səhifə / Əsas menu / DİN / Hədik necə hazırlanır? – Resept
Bizi mobildən daha sürətli  izləyin

Hədik necə hazırlanır? – Resept

g

İslam dinində Məhərrəmlik ayının 9-cu gecəsi adətən müsəlmanlar evlərində hədik adlanan təamı bişirib, 10-cu günü – yəni Aşurada qonşulara ehsan kimi paylayarlar.

Biz də sizə bu gün hər bir evdə bişirilən Hədiyin hazırlanması qaydasının reseptini təqdim edəcəyik.

Tərkibi:

1 stəkan 7 ədəd paxlalı bitki növü

Noxud

Mərci

Lobya- 2 cür

Lərgə

Qarğıdalı

Buğda

Hazırlanması:

Paxlalar 1 gün qabaqdan təmizlənildikdən sonra yuyulur və ayrı-ayrı qablarda soyuq suda isladılır. Məhərrəmliyin 9-cu günü bu təamları ayrı-ayrı qablarda bir müddət qaynadırıq (bişmə vaxtları fərqli olduğundan ayrı-ayrı bişirməkdə fayda var. Həm də hədiyin suyunun qara olmaması üçün faydalıdır.). Bir az qaynatdıqdan sonra-tam bişməmək şərtilə hamısını bir qazanda birləşdirib sonra asta odda bütün gecəni bişirmək (adətə görə gecədən səhərə qədər bişirilməsi müstəhəbdir) lazımdır. Hədiyi duzu zövqə görə yeyən şəxs öz boşqabında əlavə edə bilər.

Nuş olsun.

Allah ehsanınızı qəbul etsin.

Buna da baxın

Qarğıdalının hər dənəsində şəfa var

Whatsapp ilə PaylaşQarğıdalının hər dənəsində şəfa var Qarğıdalının hər dənəsində şəfa vardır. Bu bitkinin vətəni Cənubi …