Əsas səhifə / Manşet / Hədiyyə tortu
Bizi mobildən daha sürətli  izləyin

Hədiyyə tortu

Tərkibi:

  • 5 yumurta
  • 150 qr şəkər tozu
  • 150 qr un
  • 2 x/qaşığı nişasta
  • 10 qr vanil

Krem üçün:

  • 200 qr kərə yağı
  • 180 qr şəkər tozu
  • 120 ml süd
  • 1 yumurta
  • 10 qr vanil
  • 1 x/qaşığı konyak (zövqə görə)

Sirop üçün:

  • 100 qr şəkər tozu
  • 110 ml isti su
  • 25 qr konyak
  • 10 qr vanil

Bəzəmək üçün:

  • 150 qr yer fıstıqı(qovrulmuş)
  • 3 x/qaşığı şəkər pudrası

Hazırlanması:

Yumurtaları çırpırıq. Az-az şəkər tozu əlavə edərək, qarışdırmağa davam edirik. Qazana isti su əlavə edib, qarışımı onun üzərində qarışdırmağa davam edirik. Nişasta ilə unu qarışdırırıq. Ələkdən keçirərək qarışıma əlavə edirik. Vanili də əlavə edib, qarışdırmağa davam edirik. Siniyə yağlı kağız sərib, üzərinə qarışımı əlavə edib yayırıq. Əvvəlcədən isidilmiş 180 dərəcəlik sobada bişiririk. İlk 10 dəqiqədə sobanın qapağını açmayın ki, yaxşı qabarsın. Sobadan çıxardıqdan sonra bişməyini çöp vasitəsilə yoxlayırıq. Hazır biskiviti şəbəkə üzərində əks tərəfə çevirərək 30 dəqiqə soyumağını gözləyirik. Soyuduqdan sonra sinidən çıxara bilərik. 8-12 dəqiqə gözlədikdən sonra yağlı kağızı çıxarırıq. Biskivitin ¼ hissəsini kəsirik. ¾ olan hissəsini iki hissəyə bölürük. Daha sonra digər hissəni də eyni qayda ilə iki hissəyə bölürük.

Kremin hazırlanması:

Qazana südü, şəkər tozunu(az hissəsini saxlayın)əlavə edib qarışdırdıqdan sonra ocaqda bir az isidin. Digər qabda yumurtanı çırpırıq. Saxladığımız şəkər tozunu və vanili əlavə edib qarışdırırıq. Üzərinə ocaqda isitdiyimiz südü az-az əlavə edərək qarışdırmağa davam edirik. Qarışımı yenidən ocaqa qoyub qarışdıraraq qatılaşana qədər bişiririk. Kremi başqa qaba əlavə edib otaq temperaturunda soyumasını təmin edirik.

Sirop:

İsti suya şəkər tozunu əlavə edib su hamamında əridirik. Üzərinə vanil və konyak əlavə edib qarışdırırıq (konyak əlavə etməyə də bilərsiniz).
Otaq temperaturunda yumşalmış yağı qarışdırırıq. Üzərinə bişirdiyimiz kremi az-az əlavə edərək, qarışdırmağa davam edirik. Sonra üzərinə konyak (istifadə etməmək də olar) əlavə edirik.
Biskivitərin üzərinə sirop çəkirik. Daha  sonra kremləyərək üst-üstə düzürük. Üzərinə və kənarlarına yer fıstıqı səpirik. Üzərinə isə şəkər tozu səpirik.

Nuş olsun!

Buna da baxın

Mimoza tortu

Whatsapp ilə PaylaşTərkibi: (Eyni miqdarda ərzaqla 2 biskvit hazırlayın) 4 yumurta 125 qr un 125 …