Əsas səhifə / Əsas menu / Sağlamlıq / Həkimə getmədən ağrıdan xilas olun
Bizi mobildən daha sürətli  izləyin

Həkimə getmədən ağrıdan xilas olun

iiHəkimə getmədən ağrıdan xilas olun

Dözülməz narahatlıq yaradan diş ağrılarının qarşısını almaq üçün təbii üsullar mövcuddur.

Mütəxəssislər diş ağrılarını yüngülləşdirmək üçün evdə tətbiq oluna biləcək təbii vasitələri aşağıdakı kimi sıralayır:

Sirkəli və duzlu su

Sirkəli və duzlu su qarqarası diş ağrılarını qismən keyidir. Dişi bakteriyalardan təmizləyir və şişlikləri azaldır. Diş əti və diş çürüklərinə dezinfeksiyaedici təsiri vardır.

Buz

Ağrıyan diş bölgəsinə buzla kompres tətbiqi müvəqqəti olaraq ağrını yüngülləşdirir.

Sarımsaq

Sarımsağı çürük dişin üstündə saxladıqda ağrıya səbəb olan bakteriyaları məhv edir.

Çörəkotu

Çörəkotunun keyitmə xüsusiyyəti yoxdur, ancaq nizamlı istifadə ağrıya səbəb olan faktorların aradan qalxmasını təmin edir.

Qara bibər

Qara bibər güclü antibakterialdır və iltihabı aradan qaldıran təbii antibiotiktir. Diş ağrısının azalmasında təsirlidir. Digər tərəfdən, bu ədviyyat həzmi də yüngülləşdirir.


Buna da baxın

Cavanlıq iksiri

Whatsapp ilə Paylaş Hindistanda qədim dövrlərdən bəri qadınlar cavanlıq və gözəlliyin sirlərini araşdırmışlar. Hisdistanlılar araşdırmalar …