Əsas səhifə / Manşet / Hər 6 qadından biri səhv ayaqqabı seçir – DİQQƏT
Bizi mobildən daha sürətli  izləyin

Hər 6 qadından biri səhv ayaqqabı seçir – DİQQƏT

aaaaaaaaaaaaaaaaaa

Araşdırmalara görə, hər 6 qadından biri səhv ayaqqabı seçiminə görə, ayaqları ilə bağlı bir sıra sağlamlıq problemləri yaşayır. Türkiyənin Acıbadem Üniversitetinin Atakent Xəstəxanası Ortopediya ve Travmatologiya mütəxəssisi Dos. Fatih Dikici qadınlara ayaq sağlamlığı üçün ayaqqabı seçərkən diqqət edilməli 4 nüansı açıqlayıb. Qadinklubu.com təqdim edir.

Ayaqqabının dabanı ən çox 2-2.5 sm olmalıdır

Ayaqqabı seçimi zamanı dabanın yüksəkliyinin 2-2.5 sm-dən çox olmamasına diqqət edin. Dabanların bu dərəcə yüksək olması ayaq üstə olarkən belin dəstək almasına kömək edir. Lakin yüksəkliyi 8-9 sm-dən çox olan ayaqqabılarda isə, vücud yükü ayağın daraq sümükləri ilə irəliləyərək, ayağın ucunda toplanır. Bu cür ayaqqabılar geyinən qadınlarda ayaq biləyi və ayaqüstü ağrılar müşahidə olunur. Uzunmüddətli istifadə zamanı barmaqların sıxılması səbəbindən, dırnaq batmaları, kiçik sinir uclarında xəsarətlər əmələ gəlir. Hündürdaban ayaqqabıların istifadəsi zamanı ortaya çıxan narahatlıq əlavə stressə səbəb olur.

Ayaqqabı ayağı sıxmamalıdır

Ayaqqaının ön hissəsinin barmaqlarınızı sıxmayacaq qədər geniş olması çox önəmlidir. Ayağınız ayaqqabı qəlibinə rahat oturmalı, nə çox boş, nə də çox sıx olmalıdır. Sıxan ayaqqabılar dərinin su toplamasına, iltihablara, dırnaq batmalarına səbəb ola bilər. Ayaqqabı alarkən, ayağınızın ən böyük ölçüdə olduğu axşam saatlarını seçin. Ən əsası odur ki, ayaqqabı alarkən,  ayağınızı ayaqqabıya yox, ayaqqabını ayağınıza uydurasınız.

Daban ayaq formasına uyğun olmalıdır

Ayaqqabının dabanı ayağınızın formasına uyğun olmalı, ayağınızın altındakı boşluqları doldurmalıdır.  Çünki dabanı dümdüz və elastik ayaqqabılar ayaq dabanındakı bağların həddindən artıq gərilməsinə səbəb olur. Bundan əlavə, ayaqqabı alarkən, üzərində istehsalçının yazdığı xəbərdarlıqları oxumağınız məsləhətdir.

Təbii materiallardan hazırlananları seçin

Dos. Fatih Dikici ayaqqabıların təmiz materiallardan hazırlanmasının sağlamlıq üçün çox önəmli olduğunu açıqlayıb. Gün boyu ayaqqabını içində qalan ayaqlarınız nəfəs almalı və havalanmalıdır. Əks halda ayaqlarınızda göbələk xəstəliklərinin yayılması riski çox yüksəkdir.

Buna da baxın

Hər qadın bu ayaqqabını geyinməyə cəsarət edə bilməz

Whatsapp ilə Paylaş Hər bir qadının qarderobunun böyük bir hissəsi hündürdaban ayaqqabılardan təşkil olunur. Zaman …