Əsas səhifə / Əsas menu / Ana və uşaq / Hər dörd hamilədən üçü bundan əziyət çəkir – Tövsiyələr
Bizi mobildən daha sürətli  izləyin

Hər dörd hamilədən üçü bundan əziyət çəkir – Tövsiyələr

f

Hər dörd hamilədən üçü bundan əziyət çəkir – Tövsiyələr

Bel ağrıları hamilə qadınların ən çox şikayət etdiyi problemlərdən biridir. Hər dörd hamilə qadından üçündə rastlanır. Hamiləliyin ilk 3 ayından doğuşa qədər qadınlarda bel və kürək ağrıları yaşanır. Bu ağrılar əsasən belin alt qismində və pelvis ağrıları şəklində, qasıqdan tutmuş ayaq və ombaya qədər yayılır.

Hamiləlikdə üç qrup əzələlər daha çox əhəmiyyət daşıyır.

Bel və kürək əzələləri. Onurğanı təşkil edən kiçik əzələ qruplarıdır. Bu əzələ qrupları arasında yaranan funksiya pozuntuları şiddətli bel ağrılarına səbəb olur.

Qarın əzələləri. Doğuşu asanlaşdıran və onurğaya dəstək verən əzələ qruplarıdır. Daha əvvəl doğuş keçirən qadınlarda gəvşəyən qarın əzələləri bel ağrılarının mühüm səbəbidir. Kilo artımı, hamiləlikdə böyüyən uşaqlıq, hamiləlik hormonun təsiri ilə gəvşəyən onurğalar bədənin ağırlıq mərkəzini dəyişdirir, şiddətli bel ağrılarına səbəb olur.

Pelvis əzələləri. Uşaqlıq yolundakı əzələlərdir. Bu əzələlərin gücləndirilməsi uşaqlıq yoluna girən körpənin itələnməsinə kömək edir. Bu əzələlərin idmanla gücləndirilməsi uşaqlıq və sidik kisəsi sallanmaları, sidik saxlaya bilməmə kimi bəzi simptomların yaranmamasında və müalicə edilməsində böyük əhəmiyyət daşıyır.

Hamiləlikdə yaşanan bel ağrıları üçün tövsiyələr:

Ayaq üstə çox durmayın

Uzun müddət hərəkətsiz olmayın

Oturarkən və ayaq üstə dik durmağa çalışın.

Çox kökəlməyin (8-12 kq idealdır)

Sərt, ya da orta sərtlikdə ortopedik yatağı seçin

Yan yatın, ayaqlarınızın arasına və qarnınıza dəstək olaraq yumşaq yastıq qoyun

Yataqdan qalxarkən yan dönüb dirsəyinizdən kömək alaraq düzəlin

Oturarkən belinizə dəstək olaraq ortopedik yastıq qoyun

Çox hündür və çox düz ayaqqabı geyinməyin

Alçaq dabanlı ortopedik ayaqqabı geyinin

Ağır qaldırmayın

Yerdən nəsə götürmək lazımdırsa, kiçik bir oturacağa oturun, dizlərinizi bükərək əyilin.

Hamiləlik zamanı faydalı olan idmanları mütləq edin.

Bel ağrısı üçün idman

Həftədə ən az 3 gün 20-30 dəqiqə rahat bir geyimdə idman edin. Qaçın. Qaçarkən çox tərləməyin, təngnəfəs olmayın, bol su için.

Pelvis əzələləri üçün sidiyinizi tuturmuş kimi vagina və sidik yolu kanallarını sıxın, 5-10 saniyə belə tutub buraxın. 3 mərhələdə, hər mərhələdə 10 dəfə edin. Hər gün edin.

Pilateslə məşğul olun. Bol protein, vitamin, mineral tərkibli qidalarla qidalanın.

Buna da baxın

Hamiləlikdə düzgün qidalanmaq – Həkim məsləhəti

Whatsapp ilə Paylaş Hamiləlikdə qidalanma digər dövrlərdəki qidalanmaqdan daha çox əhəmiyyətlidir. Çünki, körpənin tək qida …