Əsas səhifə / Əsas menu / Sağlamlıq / Hər gün bir ovuc fındıq və fıstıq yeyin
Bizi mobildən daha sürətli  izləyin

Hər gün bir ovuc fındıq və fıstıq yeyin

Hər gün bir ovuc fındıq və fıstıq yeyin

kuruyemis

Daha əvvəlki araşdırmalarda, quru yemiş yeməyin ürək-damar sağlamlığına yaxşı gəldiyi ortaya qoyulmuşdu. Ancaq Hollandiyada edilən bu araşdırma çərçivəsində ilk dəfə bu yeməklərin xəstəliklərə olan təsirinə baxılıb.

Erkən ölüm riskini 23% azaldır

Maastrixt Universitetində aparılan araşdırmaya görə gündə ən az 10 qram fındıq, fıstıq, qoz ya da badam yemək, erkən ölüm riskini 23 % nisbətində azaldır. Duz və trans yağ ehtiva etməsi səbəbi ilə fıstıq əzməsinin bir faydası yoxdur.

Araşdırma çərçivəsində 1986-ci ildə 55-69 yaş qrupundakı 120 min adamdan bəslənmə və həyat tərzləri ilə əlaqədar məlumatlar alındı. 10 il sonra bu insanların ölüm nisbətlərinə baxıldı. Qurur yemiş yeyən kəslərdə xərçəng, diabet, tənəffüs xəstəliklərinə görə erkən ölüm nisbətinin daha aşağı olduğu ortaya çıxdı.

Quru yemişlər, doymuş və doymamış yağ turşuları, fərqli vitaminlər, lif, antioksidan və digər biyoaktif komponentlər ehtiva edir.


Buna da baxın

İçindən sağlamlıq fışqıran 5 qida

Whatsapp ilə Paylaşİçindən sağlamlıq fışqıran 5 qida Fındıq, balıq, ispanaq… Bu yeməklərin xərçəng və ürək …