Əsas səhifə / Əsas menu / Dərslik / Hər zaman gözəl bijuteriyaları ilə öndə olmağı sevən xanımlar çalışın bunu qaçırmayın.
Bizi mobildən daha sürətli  izləyin

Hər zaman gözəl bijuteriyaları ilə öndə olmağı sevən xanımlar çalışın bunu qaçırmayın.

Hər zaman gözəl bijuteriyaları ilə öndə olmağı sevən xanımlar çalışın bunu qaçırmayın.

Bu gün mən sizə yarışmada mənə uğur gətirən boyunbağının hazırlanmaq sirrlərini açacam. Bu olduqca sadə və zövqlü bir işdir. Aşağıdakı  şəkillərlə bunu  eləməkdə  sizə daha yaxından yardımçı olacağıma inanıram. Nə deyirsiniz adi bir muncuqdan gözəl və təkrarolunmaz bir boyunbağı hazırlayaqmı?

Elədirsə başladıq.

Xəbərin davamı üçün aşağıdakı növbəti düyməsinə və ya növbəti rəqəmə tıklayın

Addım 1. İlk öncə muncuq və parçanı seçirsiniz. Gördüyünüz kimi mən parça kimi qara tüldən istifadə etməyə üstünlük verdim. Onu da deyimki tül ilə işləmək çətindir. Üstəlik zəriflik tələb edir. Siz istədiyiniz parça ilə bunu edə bilərsiniz.

Addım2. Lazım qədər parçanı seçin və onu kəsmək üçün hazırlayın

Addım3. Parçanı uzunsov şəkildə kəsin.

Addım4. Kəsdikdən sonra onu uzununa ortadan qatlayın.

Addım5. Sonra onu n kənarını tikin.

Addım6. Artıq əlinizdə uzunsov bir tikilmiş tül var.

Addım 7. Kənarına sancaqı bərkidirk.

Addım8. Tikdiyinizi tərs üzdən düz üzə çeviririk.

Addım9. Tikilmiş tülün içərinə muncuğu yerləşdirin.

Addım10.Parçanı düyünləyin.

Addım11. Sonra digər muncuqları yığıb arasında düyün byraxın. Muncuqlar bitənə qədər bunu davam edə bilərsiniz. Hazırladığınız boyunbağının uzunluğunu zövqünüzə görə seçə bilərsiniz.

Addım12. Kənarda başqa bir az tül götürüb tikib sonra büzün. Təxmini gül halına salın

Addım13. Həmin büzdüyünüz tülün ortasına zövqünüzə görə muncuqlar tikə bilərsiniz. Onu kənarda hazırladıqdan sonra boyunbağının bir tərəfinə bərkidin.

Addım14. Həmin büzdüyünüz tülün ortasına zövqünüzə görə muncuqlar tikə bilərsiniz. Onu kənarda hazırladıqdan sonra boyunbağının bir tərəfinə bərkidin.

Budur artıq sizin boyunbağınız hazırdı. Siz inanın ki iştirak edəcəyiniz ziyafətdə bu boyunbağı sizə şarmlıq verdiyi qədərdə ondan ikinci bir xanımda olmayacaq.

Aslanzadə Cəmalə