Əsas səhifə / Əsas menu / Evlilik / Həyat yoldaşınızı dəyişdirməyə çalışmaqdan vaz keçin – 5 səbəb
Bizi mobildən daha sürətli  izləyin

Həyat yoldaşınızı dəyişdirməyə çalışmaqdan vaz keçin – 5 səbəb

yyyyyyyyy

Həyat yoldaşınızın xarakterini dəyişdirməyə çalşımazdan əvvəl bir daha düşünün. Çünki bu baş tutmaya bilər.

Bir çox insan evliliyin münasibətlərdəki problemləri həll edəcəyini, sevdiyi insanın mənfi xüsusiyyətlərini düzəldə biləcək gücə sahib olduğunu düşünür. Lakin gec-tez bunun heç də belə olmadığını anlayanda, təəccüblənir və qorxuya düşür. Bu zaman, çox insan, xüsusilə də qadınlar, həyat yoldaşlarını dəyişdirməyə çalışırlar. Əslində bu cəhdlər yaxşı niyyətlə edilsə də,  çox təhlükəli ola bilər. Tezliklə buna son verməlisiniz.

Həyat yoldaşınızı dəyişdirmək cəhdlərindən vaz keçməyiniz üçün 5 SƏBƏB

Əsəblərinin gərginləşməsinə səbəb olacaqsınız

Həyat yoldaşınızı dəyişdirməyə çalışmaq cəhdiniz, onunla bağlı xəyallarınızın puç olduğunu göstərir. Siz bunu, onu sevdiyinizdən edə bilərsiniz, lakin onun hiss etdiyi ancaq ümidsizlik və tənqid olacaq. Bu təbii olacaq onu incidəcəkdir. Nəticə, evliliyinizə zərər verə bilər.

Onun özünü pis hiss etməsinə səbəb olursunuz

Sadəcə bir saniyə düşünün. Həyat yoldaşınıza arıqlamağını, daha çox pul qazanmağını və ya daha inadkar, iddialı olmasını deyirsiniz. Nə qədər xoş dillə söyləsəniz də, onun kifayət qədər yaxşı olmadığını düşündüyünüzü hiss edəcək. Biri sizi nə zaman tənqid etsə, xüsusilə də bu insan sizin həyatınızda önəmli yer tutursa, içinizə şübhə toxumları səpəcəkdir. Özünüzü yalnız hiss edəcək, içinizə qapanacaqsınız. “Məsləhətləriniz”, onun özünü  pis hiss etməsinə səbəb olacaq.

Onun sizə qarşı eyni şeyi etməsini istəməzsiniz

Bəzi qaydaları unuduruq.. məsələn “özünə qarşı edilməsini istəmədiyin şeyi, başqasına qarşı etməməlisən” kimi. “Toydan bəri qarnın böyüyüb, sağlamlığından nigaranam. Məncə idman eləməli, daha az yeməlisən” deməzdən əvvəl, həyat yoldaşınızın bunu sizə dediyini düşünün. Necə hiss edərdiniz? Dürüst olun. Əgər bu doğurdan da sizə pis təsir etməyəcəksə, davam edin. Amma az da olsa inciyəcəyinizi düşünürsünüzsə, planınızdan vaz keçin. Həyat yoldaşınıza bir şey deməzdən əvvəl, özünüzü onun yerinə qoyun və düşünün.

Sevginizə şübhə yaradırsınız

Həyat yoldaşınızı nə vaxt tənqid etsəniz, evlilik üçün düzgün insan seçmədiyiniz haqda düşüncənizi onun üzünə vurmuş olacaqsınız. Birini tənqid etdiyinizdə, o sizin tələblərinizə cavab vermədiyini düşünər və onunla xoşbəxt olub-olmadığınız barədə şübhələri yaranar.

Heç vaxt işə yaramayacaq

İnsanları dəyişdirmək istəyi heç vaxt işə yaramayacaq. Dəyişdirə biləcəyiniz tək insan özünüzsünüz. Bu belə motivasiya tələb edir. Əslində, biri sizə nə qədər dəyiş desə, dəyişməyi o qədər az istəyəcəksiniz. Eyni şəkildə də, həyat yoldaşınız. Evlilik belə bir şey deyil, olmamalıdır. Problemlərinizi danışaraq həll etməlisiniz. Lakin tənqid bunun üçün uyğun üsul deyil.

Qadinklubu.com

 

Buna da baxın

Evli qadına nələri demək olmaz

Whatsapp ilə Paylaş Adətən yeni evlənən bir çox xanımlara hər zaman öz yaxın rəfiqələri və …