Əsas səhifə / Əsas menu / Ana və uşaq / Hamilə qadınlar göz müayinəsindən keçməlidirlər
Bizi mobildən daha sürətli  izləyin

Hamilə qadınlar göz müayinəsindən keçməlidirlər

h

Hamilə qadınlar göz müayinəsindən keçməlidirlər

Diqqətsizlik sonda korluğa səbəb ola bilər.

Mütəxəssislər hamiləlik zamanı qadınların digər müayinələrlə bərabər göz müayinəsindən də keçməsini vacib hesab edir. Belə ki, hamiləlik zamanı bədəndə böyük hormonal dəyişikliklər baş verdiyindən gözlərin görmə qabiliyyətində müəyyən problemlər yarana bilər.

Oftalmoloqların sözlərinə görə, nədənsə ana olmağa hazırlaşanlar göz sağlamlığına yetərincə diqqət yetirmirlər.

“Görmə zəyifliyi olan xəstələrdə torlu qişa həddindən artıq nazilmiş formada olur. Doğuş zamanı torlu qişada çatların əmələ gəlməsinə səbəb ola bilər. Çatların əmələ gəlməsi bəzən gözün korlaşmasına qədər ağır fəsadlara yol aça bilər”, – deyə oftalmoloq Nuridə Məmmədəliyeva bildirib.

Qadınların hamiləlik zamanı göz təzyiqi çox vaxt aşağı düşür. Ancaq qlükomalı qadınlarda göz təzyiqi yüksələ bilir.

Həkimlərin sözlərinə görə, bizim xanımlar çox zaman buna fikir vermir. Və bu zaman nəticədə doğuş zamanı göz qişasında qanama, hətta kor olma kimi hallar baş verə bilər.

“Bəzən bətndaxili anadan keçən infeksiyalar olur ki, gözün özündə artıq bu infeksiyaya bağlı olaraq müəyyən dəyişikliklər, yəni Konyuktivitlər və Katarakta və s. əmələ gələ bilir. Bətndaxili infeksiyalar; müayinə edərkən diaqnoz qoyuruq. Doğumdan sonra da həmin uşaqlar xüsusi nəzarətə götürülür”, – deyə ginekoloq Natıq Musalı qeyd edib.

Həkim onu da bildirdi ki, şəkər və təzyiq qorxusu olan hamilə qadınların göz dibinin müayinəsi də vacibdir.

Göz təzyiqi yüksək olan hamilələrin doğuşu yalnız qeysəriyyə əməliyyatı ilə aparılır.

Buna da baxın

Ən geniş yayılmış xroniki virus: – Herpes nədir?

Whatsapp ilə Paylaş Ən geniş yayılmış xroniki virus: – Herpes nədir? Herpes (o cümlədən genital …