Əsas səhifə / Əsas menu / Ana və uşaq / Hamilə qadınlar hansı hallarda təyyarədən istifadə edə bilər?
Bizi mobildən daha sürətli  izləyin

Hamilə qadınlar hansı hallarda təyyarədən istifadə edə bilər?

hamm

Qadınların hamiləlik dövründə uçuşlardan istifadə etməsi mövzusu bir çox suallar doğurur.

Bəziləri iddia edirlər ki, hamilə qadınlar hamiləliyin istənilən dövründə rahat şəkildə istənilən yerə yola düşə bilərlər. Digərləri isə özünü sığortalayaraq aviadaşıyıcıların xidmətlərindən istifadə etmirlər.

Uçuşa buraxılış

Aviabiletin alınması və yerin bronlaşdırılması zamanı aviaşirkətlə hamilə və doğuşdan sonrakı qadınların daşınmasını əvvəlcədən razılaşdırmaq lazımdır. Hər bir aviaşirkətdə hamilə və doğuşdan sonrakı qadınların daşınmasını tənzimləyən qanun külliyyatı var.

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Sərnişin, baqaj və yükün daşınması qaydaları”na uyğun olaraq, hamilə qadınların – hamiləlik müddəti 32 həftədən artıq olan və doğuşdan sonrakı qadınların – doğuşdan sonra 7 gün ərzində – reyslərlə daşınmasına icazə verilmir.

Hamiləlik müddəti 26 həftəyədək olan sərnişin hamilə qadınların daşınması zamanı aviaşirkətin məsuliyyətdən azad edilməsi barədə bəyannaməni öz əli ilə doldurmalı və imzalamalıdır. 26 həftəyə qədər olan hamiləlik müddəti zamanı isə müalicə edən həkimdən hamiləlik və sağlamlıq haqqında arayış tələb olunmur.

Sərnişinin qeydiyyat zamanı bəyan edilən hamiləlik müddəti 26-dan 32 həftəyədək (daxil olmaqla) təşkil edirsə, onun öz əli ilə doldurduğu və imzaladığı aviaşirkəti məsuliyyətdən azad edən bəyannamədən başqa, hamiləlik və sağlamlıq haqqında arayış təqdim etmək lazımdır. Arayış tibb müəssisəsində rəsmiləşdirilməli və sərnişini müalicə edən həkimin möhürü ilə təsdiq edilməlidir. Arayışda hamiləliyin müddəti, onun növü (1 və ya çoxdöllü), hamiləliyin gedişinin xarakteri (normal, çətin) və hamiləliyin patologiyasının olmaması, uşaq salma riski və ya erkən doğuşlar barədə məlumat olmalıdır.

AZAL hamilə qadını daşımaya operatoru olduğu təyinat nöqtəsinədək qəbul edir. Lakin şirkət digər operatorun hamilə qadını daşımaqdan imtinasına görə məsuliyyət daşımır. Buna görə də sizi bir neçə aviaşirkətlə uçuş gözləyirsə, xidmətlərindən istifadə etdiyiniz hər bir şirkətin hamilə qadınların daşınması qaydaları barədə məlumat alın.

Məsələn, “British Airways”, “Easyjet”, “British European”, KLM, “Air New Zealand”-ın xidmətlərindən istifadə edirsinizsə, mübadilə kartını və tibbi rəyi (uçuşdan 7 gündən tez olmayaraq əldə edilmiş arayış) təqdim etməlisiniz. Digər tərəfdən, bu aviaşirkətlərin qaydalarına əsasən hamiləliyin 36 həftəsindən sonra və çoxdöllülük zamanı uçuş qadağan edilir. Nümunə üçün, “Iberia” aviaşirkətinin xidmətlərindən istifadə edirsinizsə, sizə yalnız arayış lazım olacaq və bununla yanaşı, aviaşirkətin müddət üzrə heç bir məhdudiyyəti yoxdur. “Türk Hava Yolları” isə hamiləlik müddəti 28 həftəni ötmürsə, hamilə qadınlara uçuşa icazə verir.

Faydalı məsləhətlər

Hamiləlik dövründə uçuş haqqında fərdi tövsiyələr almaq üçün hamiləliyinizi aparan həkimlə məsləhətləşin;
Xidmətlərindən istifadə etməyi planlaşdırdığınız aviaşirkətdən hamiləliyin müddəti ilə bağlı uçuşlara məhdudiyyətlərin olması, eləcə də təqdim edilməli olan sənədlər barədə məlumatı dəqiqləşdirin;
Özünüzlə ilkin ehtiyac duyulan əşyaları götürün. Boyun üçün yastıq götürməyi unutmayın;
Qan dövranını yaxşılaşdırmaq və şişi kiçiltmək üçün uçuş zamanı kiçik fiziki təmrinlər edin;
Susamamaq üçün daha çox su için;
İstədiyiniz zaman asan çıxara biləcəyiniz rahat, yumşaq ayaqqabı geyinin;
Təhlükəsizlik kəmərindən istifadə edin, çünki hava turbulentliyi ciddi travmaya səbəb ola bilər. Təhlükəsizlik kəməri həmişə qarının altından bağlanmalıdır.

Buna da baxın

Evinizdəki bu alətlər sonsuzluğa səbəb olur

Whatsapp ilə Paylaş Uşaq sahibi olmamağınıza səbəb evinizdə istifadə etdiyiniz texniki avadanlıqlar ola bilər. Ayrı-ayrılıqda …