Əsas səhifə / Əsas menu / Sağlamlıq / Hamilə qadınlar üçün ən faydalı qida
Bizi mobildən daha sürətli  izləyin

Hamilə qadınlar üçün ən faydalı qida

hamile_qadin_01547

Hamilə qadınlar üçün ən faydalı qida

Hamilə qadınlar dünyaya gətirəcəkləri körpələrin sağlam olması naminə qidalanmasına ciddi nəzarət etməlidirlər. Qaragöz lobya hamilələrin mütləq istehlak etməsi lazım olan ən önəmli qidalardan biridir!

Faydaları olduqca çox olan qaragöz lobyanın tərkibindəki fol turşusu, dəmir, protein və lif ana və körpə üçün çox əhəmiyyətli qida qaynağıdır. Lif tərkibi zəngin olduğundan həzmi asanlaşdırır.

Qaragöz lobyası həm də sink, kalium və maqnezium baxımından zəngindir. Bu isə pis xolesteriniazaldır, qəbizliyi aradan qaldırır.

Həzm sistemində qaz yaratdığından xalq arasında üstünlük verilməsə də, qaragöz lobya uşağın inkişafı üçün çox faydalıdır.

Qaragöz lobya anemiyaya da yaxşı təsir edir. Xüsusilə, yeni ana olanlara tövsiyə edilir. Çünki tərkibindəki B9 vitamini qan azlığı müalicəsində effektli təsir göstərir.

Buna da baxın

Oruc tutanlar iftarı bu yeməklə başlayın – Həkim məsləhəti

Whatsapp ilə Paylaş Prof. Dr. Murad Baş mübarək Ramazan ayında mədə bağırsaq sisteminin sağlam fəaliyyəti …