Əsas səhifə / Əsas menu / Sağlamlıq / Hamiləlik / Hamiləlik əleyhinə həblərdən istifadə
Bizi mobildən daha sürətli  izləyin

Hamiləlik əleyhinə həblərdən istifadə

f

Hamiləlikdən qorunmağın ən əlverişli və çox istifadə edilən üsulu hormonal həblərdir.

Ancaq mütəxəssislə məsləhətləşmədən bu həblərdən istifadə etmək pis nəticələrə səbəb ola bilər. Qadın xəstəlikləri, Doğum və suni mayalanma üzrə mütəxəssis Həkim Dr. Əli Erdogdu mövzu ilə bağlı məlumatlar vermişdir.

Tərkibində estrogen-progesteron olan hamiləlik əleyhinə həblər, pis təsirli olması və ya az təsirli olmasına baxmayaraq 1960-cı ildən etibarən istifadə edilən və hələ də istifadə edilməsində davam edilən ən çox güvənilən hamiləlikdən qorunma həblərinin başında gəlir. Tərkibindəki estrojen-progesteron hormonları yumurtalıqların fəaliyyətinə mane olur və bunun sayəsində istənilməyən hamiləliyin qarşısı alınır.

Dərman istifadə edilmədiyində yumurtalıqlar öz fəaliyyətini bərpa edir. Məhz bu səbəbdən də hamiləlik əleyhinə istifadə edilən üsullardan ən məsləhətlisi hormonal həblərdir. Hamiləlikdən qorunma həbləri məsləhət görsələr də, yenə də xanımların mütəxəssislərlə məsləhətləşməsi daha məqsədəuyğundur .Çünki bu dərmanlar bəzi insanlarda şiddətli baş ağrıları ilə müşahidə olunur. Miqreni olanlarda isə qıcıqlandırıcı təsir göstərə bilər. Ailəsində döş xərçəngi olan xanımlar və dərin vena trombozu olanlarda bu həblər ölümlə nəticələnə bilər.

Yaşı 35-dən çox olan və siqaret çəkən xanımlarda və ağır qaraciyər xəstəliyi olanlarda çox pis nəticələr verə bilər. Bundan başqa hər hansısa bir xəstəlik səbəbindən xüsusən də penisillin qrupuna daxil olan antibiotik hamiləliyə qarşı həblərin təsirini azaldaraq hamilə qalmağınıza səbəb ola bilər. Hansısa xəstəliyə görə antibiotik istifadə edirsinizsə, onda hamiləlikdən başqa qorunma metodu tətbiq etməlisiniz.

Yenə də yüksək təsiri və ya yan təsiri olmasına baxmayaraq bu həblərdən istifadə əvvəlki dövrlərdə və günümüzdə olduğu kimi gələcək dövrlərdə də davam edəcək.

Bütün bu səbəblərdən faydalı olması təsdiq olunsa da siz bir mütəxəssiə danışmadan bu həblərdən istifadə etməyin. Çünki fərqli hormonlara sahib olan və dəyişik dozada olan bu hamiləlikdən qorunma həbləri hər şəxsin orqanizminə uyğun seçilməsi olduqca vacibdir. Rəfiqənizin və ya tanışınızın istifadə etdiyi həblər sizə uyğun olmaya bilər.

Buna da baxın

Gicitkəni balla qarışdırsanız…

Whatsapp ilə Paylaş Balla gicitkənin hər ikisi ayrı-ayrılıqda orqanizm üçün çox faydalıdır. Onların ikisi birləşdikdə …