Əsas səhifə / Əsas menu / Ana və uşaq / Hamiləlik dövründə belə yatsaz, ayaqlarda şiş olmaz…
Bizi mobildən daha sürətli  izləyin

Hamiləlik dövründə belə yatsaz, ayaqlarda şiş olmaz…

Aparılan araşdırmalar hamiləliyin axır aylarında sağ tərəfdə yatmağın dölün ölü doğulma riskini artırdığını göstərir.

Qadinklubu.com hamiləlik dövründə hansı tərəfə və necə yatmaqla bağlı bəzi detalları təqdim edir:

İdeal yatma forması sol tərəfə doğru yatmaqdır!

Mütəxəsisilər bildirirlər ki, kürək üstə ya da sağ tərəfə yatmaq ayaqlardakı ana damarlardan ürəyə olan qan axışını azaldır və bu da ana bətnindəki körpənin inkişafına mənfi təsir göstərir. Həkimlər qeyd edirlər ki, hamiləlik dövründə ən ideal yatma forması sol tərəf üstə yatmaqdır.

İlk üç ay rahat!

İlk 3 ay kürək üstə uzana bilərsiniz çünkü bu aylarda döl kiçik və yüngül olduğu üçün damarlara təzyiq etmir. Bu dövrdə körpə narahat olmur.

Sola doğru yatmaq şişi azaldır!

Mütəxəssislər hamiləlik dövründə sola doğru yatmanın hətta dizləri büküb ayaqların arasına yastıq qoymaqla körpəyə ən yaxşı yatış mövqeyinin təmin ediləcəyini bildirilər və bu yatış forması ciftin ən yaxşı şəkildə bəslənmə imkanını təmin edir. O cümlədəm böyrəyin işini rahatlaşdırır. Eyni zamanda bədəndə xüsusilə əllər və dizlərdə meydana gələ biləcək şişi azaldır.