Əsas səhifə / Əsas menu / Ana və uşaq / Hamiləlik və doğum tarixinin hesablamaq qaydası
Bizi mobildən daha sürətli  izləyin

Hamiləlik və doğum tarixinin hesablamaq qaydası

Hamiləlikdə qəbizliyin qarşısını alan meyvə

Neçə aylıq hamiləyəm?

Hamilə qadınların çoxu hamiləlik həftəsini hesabladığı və ya həkimi həftəsini söylədiyi halda, “neçə aylıq” hamilə olduğunu çaşdırır. Neçə aylıq hamiləyəm? Neçə ay bitdi? Neçənci aya keçdim? Əslində bu həftələr və aylar arasındakı uyğunsuzluq və qarışıqlıq 1 ayın tam 4 həftə olmamasından qaynaqlanır. Təxminən 1 ay 4 həftə 3 gün davam edir. Əhəmiyyətli olan ay hesabı deyil, həftə hesabıdır. Hamiləlik müddəti 40 həftədir.

Bu mövzuda qarışıqlığın yaranmaması üçün həkimlərin təxminən olaraq qəbul etdiyi ay və həftə hesabı belədir:

• 4-5 həftəlik hamiləliklərin 1 aylıq

• 8-9 həftə bitdiyində 2 ay bitmişdir

• 12-13 həftə bitdiyində 3 ay bitmişdir

• 16-17 həftələr bitdiyində 4 ay bitmişdir

• 20 -21 həftələr bitdiyində 5 ay bitmişdir

• 24-25 həftələr bitdiyində 6 ay bitmişdir

• 28-29 həftələr bitdiyində 7 ay bitmişdir

• 32-33 həftələr bitdiyində 8 ay bitmişdir

• 36 həftə bitdiyində 9 ay bitmişdir və son aya girilmişdir.

Doğum 9 ay deyil, 10-cu ayda reallaşır. 40 həftə bitdiyində – 9 ay 10 gün deyilən, yəni ümumi 280 gün tamamlanmışdır ki, bu da 40 həftə edir.

Doğum tarixini dəqiq hesablamaq üçün qayda:

Doğumun dəqiq tarixini özünüz də rahatlıqla hesablaya bilərsiniz. Bunun üçün təbii ki, menstruasiyanın nizamlı olması əsas şərtdir. Menstruasiya dönəmində tezləşmə və ya gecikmələr müşahidə edilirsə, bu hesablama dəqiq olmaya bilər.

Amma həmin hamilələrdə də təxmini olsa da, hesablama mümkündür. Belə ki, son menstruasiyanın başladığı günün üzərinə 7 gün əlavə edib, 3 ay geri sayın. Hansı ay və günə düşdüsə doğum tarixiniz həmin gün olacaq.

Doğum tarixini hesablayan nümunə.

Nümunə1.

Son menstruasiya tarixi 10 iyun olan qadının doğum tarixi

10+7=17 iyun

İyundan 3 ay geri getdikdə, 17 mart tarixi təxmini doğum günü olacaq.

Nümunə 2.

Son menstruasiya tarixi 5 yanvar olan qadının təxmini doğum tarixi

5+7=12 yanvar

Yanvardan 3 ay geri getdiyində 12 Oktyabr təxmini doğum günü hesab edilir.

Buna da baxın

“Özümü çox çirkin hiss edirəm”

Whatsapp ilə Paylaş “Özümü çox çirkin hiss edirəm” Bir çox qadın hər ay buna oxşar …