Əsas səhifə / Əsas menu / Sağlamlıq / Hamiləlik / Hamiləlik vaxtı cinsi əlaqə
Bizi mobildən daha sürətli  izləyin

Hamiləlik vaxtı cinsi əlaqə

Hamiləlik vaxtı cinsi əlaqə

Hamiləlik vaxtı cinsi əlaqə

Hamiləlik zamanı cinsi əlaqəyə girmək olarmı? Hamiləlikdəki cinsi əlaqənin  körpəyə, dölə zərəri olarmı? sualı hər bir qadını maraqlandıran suallardandır.  Ümumiyyətlə bu mövzu iləəlaqədar iki ziddiyyətli fikir mövcuddur.

1)Hamiləlik vaxtı  cinsi əlaqəyə girmək olmaz.

2)Hamiləlik vaxtı cinsi əlaqə vacibdir.

Bu barədə ətraflı:

Avropada hər hamilə qadın minumum həftədə bir dəfə cinsi əlaqədə  olur, amma bizim gələcək körpə sahibləri bu məsələdən yayınırlar. Təbii ki, hamiləlik vaxtı cinsi əlaqə istəyə görə, hamiləlik trimestrlərinə görə dəyişir.

Birinci trimestrdə: ümumiyyətlə seksual aktivlik asağı düşür. Bu qadının bədənində gedən yenidənqurulma ilə əlaqədardır. Çünki artıq orqanizm indiyə qədər heç olmamış bir prosesə-sağlam uşaq dünyaya gətirmək üçün bədənin bütün qüvvələrini səfərbər etməyə, bütün ekstremal şəraitə hazır olmağa çalışır. Bu halda qadın bədənində həm fizioloji, həm də psixoloji dəyişikliklər gedir. Burda hamiləlik toksikozunu göstərmək olar. Psixoloji isə qadın şüuraltı səviyyədə cinsi akta qadağa qoyur, uşağın zədələnməsi instinkti onu qorumaq əmri verir. Fiziologiya onu göstərir ki, ilk trimestrdə cinsi əlaqə nəinki dölə zərər vermir, hətta onun inkişafı üçün yaxşı şərait yaradır. Belə ki, bu zaman keçirilmiş orqazmda qadının hissiyatının  artması cinsi orqanlarda qan dövranını artırır. Nəticədə dölün qidalanması və inkişafı yaxşılaşır. Həm də qadını şəhvət hissinə, orqazma çatması müsbət emosialar və müsbət psixoloji hal yaradır.

İkinci trimestrdə cinsi əlaqə: 14-28 həftələr arası. Bu vaxtlarda hər iki cütlükdə qorxular və qadağalar əmələ gəlir. Əlbəttə bu normaldır. Bir neçə həftə əvvəl test kartında zolaqlarla göstərilmiş körpə artıq formalaşmış döldür. Bu hər iki valideyni həyacanlandırmaya bilməz. Kişilər adətən “mən istəmirəm, qorxuram orda uşağın başı var” deyir, qadın isə əzələlərin kəskin yığılmasından qorxur. Əslində isə yaradan bu barədə çox ideal düşünmüşdür ki, döl penis-cinsi orqan tərəfindən gələn zədələnmədən ideal qorunmuşdur. Belə ki əzələvi qarın divarı, piy təbəqəsi, yastı və hamar uşaqlıq divarı, dolyani mayeli qişa- dölü zədələnmədən qoruyur. Belə halda dölün zədələnməsi sıfıra bərabərdir.

Üçüncü  trimestr: 30 həftəlikdə artıq qadının qarnı kifayət qədər böyümüşdür. Belə halda ehtiyatlı olmaq lazımdır. Elə etmək lazımdır ki, qarına minumum az təzyiq düşsün. Bu trimestrdə kişilər qadına daha romantik və seksual baxırlar. Ona görə son dərəcə diqqətli olmaq lazımdır. Ən yaxşı seks vəziyyəti qaşıq vəziyyətidir.

Hamiləlik vaxti cinsi əlaqə -orqazm düşüyə-aborta səbəb ola bilərmi?

Müxtəlif fikirlər var ki, orqazm vaxtı uşaqlıq əzələləri spastik yığıldığından bu dölün vaxtsız xaric olmasına səbəb ola bilər. Amma yaradan bunu çox ideal düşünmüşdür. Bildiyimiz kimi uşaqlıq əzələvi orqandır. Vaxtaşırı bütün həyat boyu bu əzələlər yığılıb açılır, hamiləlik də istisna deyil. Bunun səbəbi usaqlığın əzələlərini daima tonusda saxlamaqdır ki, çünki əgər doğuş vaxtı çatmayıbsa, əzələlər tam yığıla bilməz və abort da ola bilməz! Bundan başqa qadının orqazmı onu xoşbəxt etdiyi üçün-uşaq da xoşbəxt olur. Bu qana orqazm vaxtı sevgi hormonu-ENDORFİNlərin buraxılmasıdır.

Nələri bilmək lazımdır: cinsi əlaqə vaxtı ağrı olursa seks vəziyyətini dəyişmək lazımdır. Erkən hamiləlikdə ağrılar olarsa həkimə müraciət edilməlidir. Bundan başqa isə 38 –ci həftədən sonra ümumən hər hərəkətdə ehtiyatlı olmaq lazımdır. Ginekoloqlar haqlı olaraq profilaktik olaraq cinsi əlaqədən uzaq durmağı məsləhət görürlər. Bu keysər əməliyyatı olan qadınlara xüsusilə aiddir.

Bu hallar cinsi əlaqəyə qadağa qoyur:

Cinsi yolların infeksiyaları, düşük olma təhlükəsi, əgər əvvələr düşük olubsa, dölyanı mayenin problemləri olduqda, uşaqlıq qanaxmaları, plasentanın soyulması-cox az hallarda, uşaqlıq boynunun hipotonusu

Nəticə olaraq əgər ciddi həkim-tibbi qadağalar yoxdursa, cinsi əlaqədə  ola bilərsiz…

Dr. Həsən Səmədov


Buna da baxın

Hamilələrə tövsiyə: isti su ilə çimməyin

Whatsapp ilə Paylaş Hamilələrə tövsiyə: isti su ilə çimməyin Çox insanın rahatlamaq və stressi atmaq …