Əsas səhifə / Əsas menu / Sağlamlıq / Hamiləlik / Hamiləlik zamanı bandajın taxılması
Bizi mobildən daha sürətli  izləyin

Hamiləlik zamanı bandajın taxılması

b_400_280_16777215_0___images_stories_HAMILELIKDOGUSH_bandaj

Hamiləlik zamanı bandajın taxılması

Hamiləliyin müddəti artdıqca qadının onurğa sütunu, bel əzələləri və qarının ön divarı güclü yükləməyə məruz qalır. Bu bel nahiyəsində olan güclü ağrılara, yorğunluğa səbəb olur. Hamilə qadınlar üçün olan xüsusi bandajlar qadının vəziyyətini xeyli yaxşılaşdırır, onu ağrılardan və diskomfortdan xilas edir.

Bu kimi hallarda bandajın taxılması həkimlər tərəfindən tövsiyə olunur:

  • bel nahiyəsində tez-tez təkrarlanan ağrılar, onurğa sütunun əyriliyi və osteoxondroz zamanı;

  • qarının həddindən artıq böyüməsi zamanı (dölyanı suların çox olması, dölün böyük olması və s.hallarda);

  • uşaqlıq boynunun çatışmazlığı zamanı (bu zaman uşaqlığın boynu doğuşdan xeyli əvvəl açılmağa başlayır ki, bu da vaxtdan tez doğuşun təhlükəsini artırır);

  • dölün başının çox aşağıda yerləşməsi zamanı;

  • ciftin aşağıda yerləşməsi zamanı;

  • ayaqlarda ağrılar, ödemlər, varikoz xəstəliyi zamanı;

  • hamilə qadın gün ərzində 3 saat və daha artıq ayaq üstə olduqda.

Hamiləlik zamanı bandaj mütləq həkim tərəfindən təyin olunmalıdır. Məsələ burasındadır ki, bəzi hallarda (uşağın uşaqlıqda düzgün yerləşməməsi, bəzi mədə-bağırsaq sistemi pozulmaları, allergik reaksiyalar, bəz böyrək xəstəlikləri və s. zamanı) bandajın taxılması tovsiyə olunmur.

Bəzi qadınlar hesab edir ki, bandaj qarını sıxır və uşağa mənfi təsir edir. Lakin bu səhv fikirdir. Düzgün seçilmiş bandaj ana və uşaq üçün tam təhlükəsizdir.
Bandajlar müxtəlif ölçülərdə buraxılır və bandajın düzgün seçilməsində qadına ginekoloq kömək edir.

Bandajı düzgün taxmaq lazımdır. Əks halda mövcud olan problemlər daha da artacaq. Qadın bandajı yalnız uzanıq vəziyyətdə taxmalıdır və çıxarmalıdır. Ayaq üstə olmaqla bandajı taxmaq olmaz!

Düzgün taxılmış bandaj qarını sıxmır, heç bir diskomfort yaratmır və bir müddət keçdikdən sonra qadın tərəfindən hiss olunmur.
Hər 3-4 saatdan bir qadın bandajı çıxarmalı və təxminən 40 dəqiqədən sonra taxmalıdır. Təbii ki, gecə yatmazdan əvvəl və gündüz saatlarında uzandıqda bandaj çıxarılmalıdır.

Buna da baxın

Ən geniş yayılmış xroniki virus: – Herpes nədir?

Whatsapp ilə Paylaş Ən geniş yayılmış xroniki virus: – Herpes nədir? Herpes (o cümlədən genital …