Əsas səhifə / Həkimlər / Hamiləlik zamanı damar genişlənməsi
Bizi mobildən daha sürətli  izləyin

Hamiləlik zamanı damar genişlənməsi

Bu dəfə fleboloq-cərrah İsmayıl Əsgerovdan ayaqlarda hamiləlik zamanı yaranan varikoz haqqında soruşduq.

Doktor əvvəlcə venoz qan axını barədə qısaca məlumat verdi:

Ayaqlardakı venoz qan, vena damarları vasitəsi ilə ürəyə daşınır. Bu daşımanın ürəyə qədər davam etməsi üçün damarlarda qapaqlar mövcuddur. Qan yuxarı qalxdıqca qapaqlar bağlanır və qanın geriyə qayıdaraq göllənməsinə mane olur.

Hamiləlik zamanı nə baş verir?

  1. Hamilələrdə dölün təlabatını ödəmək üçün dövr edən ümumi qanın miqdarı çox artdığından, bu venaların yüklənməsinə səbəb olur.
  2. Ana bətnindəki uşaq və qadının uşaqlığı böyüdükcə, ana qarınından keçən vena sıxılır. Ayaqlarda magistral venalar ilə qanın ürəyə doğru daşınması çətinləşir. Ayaqda durğunlaşan qan damarlara əlavə yük olur və venalarda genişlənmə yaranır.
  3. Hamiləlik zamanı orqanizmdə artan progesteron hormonunun damar divarına genişləndirici təsiri var. Bu isə venaların genişlənməsinə, yəni varikozun inkişafına gətirib çıxarır. Məhz hormonun saya əzələlərə genişləndirici təsirindən qəbizlik, mədədə durğunluq hissi, qıcqırma, babasil yarana bilir.
  4. Çəkinin artması və az hərəkətlilik.
  5. Hamiləlikdən əvvəl varikoz olması, çox döllü hamiləlik (ekiz, üçəm), varikozdan qorunma tədbirlərinin görülməməsi.
    Varikozun əmələ gəlməsində ən mühüm amilin genetik xəstəlik olduğunu unutmamaq lazımdır. Ana və atanızda damar genişlənməsi varsa, sizdə də varikozun yaranma ehtimalı digər hamilələrə nisbətdə çox yüksəkdir.

İsmayıl doktor, bir fleboloq kimi nələri tövsiyə edərdiniz?

Xanımlara tövsiyəmiz , hamiləlik zamanı rəngli venoz doppler müayinə edilib, venaların vəziyyətinin dəyərləndirilməsidir. Doppler müayinənin nəticəsinə və pasientin ayaq parametrlərinə uyğun individual kompression corab/ kalqotka təyin edilir. Bu zaman həm magistral venalarda qapaq çatışmazlığının, trombun olub-olmadığı araşdırılır, həm də hamiləlik zamanı varikozun düzgün profilaktikası aparılır, varikoz şikayətləri aradan qaldırılır.

Buna da baxın

Varikozdan qorunmaq üçün bunları yeyin

Whatsapp ilə Paylaş   Varikoz xəstəliyi ayaqlarda damar ulduzcuqlarının, şişmiş damarların, trombların, xoraların inkişafına səbəb …