Əsas səhifə / Əsas menu / Sağlamlıq / Hamiləlik / Hamiləlik zamanı ürəkbulanmanın qarşısını alan qidalar
Bizi mobildən daha sürətli  izləyin

Hamiləlik zamanı ürəkbulanmanın qarşısını alan qidalar

Hamiləlik zamanı ürəkbulanmanın qarşısını alan qidalar

Hamiləlikdə hormonların artması ilə əlaqədar olaraq, qadınların çoxu mədə bulanması yaşayarlar. Ancaq adətən hamiləlikdə mədə bulantıları 18 həftədən sonra bitir. Hamiləlikdə mədə bulantılarının səbəbi tam olaraq müəyyən deyil. Ancaq ən məşhur nəzəriyyə hamiləlik hormonunun artması olaraq meydana gəldiyini göstərir. Hamiləlik dövründə görülən mədə bulanması fizioloji bir vəziyyətdir və ana namizədlərinin yüzdə 70-ində görülür. Hamiləlik dövründə görülən mədə bulantısının səbəbi estrogen və HCG hormonlarının səviyyəsinin artmasıdır. Hormon səviyyələrindəki dəyişikliklər, hər hamilələrin fərqli olduğundan bulantı və qusma da hər hamilədə eyni deyil. İlk üç ayda bulanma qusma hissi yaşamayan hamilələrin nisbəti yüzdə 20’dir. Geri qalan yüzdə 80-də isə mədə bulanması görülür. Estrogen və HCG hormonları beyində bulanma mərkəzlərini stimullaşdırır və bulanmaya səbəb olur. Hamiləlik dövründəki mədə bulanması 6 həftədən sonra başlayır və 14 həftəyə qədər davam edir. Ancaq bəzi ana namizədlərində 16 həftəyə qədər mədə bulanması görülə bilər. Hamiləliyin 3 ayına qədər bulanma şiddəti arta bilər.

Hamiləlikdə mədə bulantısına yaxşı gələn qidalar:

Hamiləlikdə mədə bulantısının qarşısını alan əsas meyar, mədə bulandıran yemək və qoxulardan uzaq dayanmaqdır.

Körpənin yaxşı qidalana bilməz qorxusunu ağıldan çıxarmaq lazımdır. Körpə hər vəziyyətdə lazımlı qidasını  alacaq.

Hərdən bir, quru və duzlu qidalar da seçilməlidir.

Evdəki çiçək, yuyucu tozuna bənzər kimyəvi maddələrdən hazırlanan təravətlədiricilər mümkünsə evdən uzaqlaşdırılmalı, eyvana qoyulmalıdır.

Səhər yataqdan qalxmadan yatağın yanında saxladığınız duzlu krakeri yedikdən sonra 30 dəqiqə daha uzandıqdan  sonra ayağa qalxmaq ani səhər qusmalarının qarşısını alar.

Rahatlıqla istifadə edə biləcəyiniz qidalar; qoxusuz ağ pendir, simit və çaydır.

Ana namizədin gün içərisində ən az 6 dəfə, amma az miqdarda yemək yeməsi vacibdir. Bu zaman çox da kalorili qidalara üstünlük verilməməlidir.

Mədəniz bulandığında həzmi və qoxusu ilə sizə pis təsir etməyən duzlu kraker yeyə bilərsiniz. Bu tip qəlyanaltılar dadı da yüngül olduğu üçün sizing mədənizi bulandırmayacaq.

Bədənin susuz qalması mədə bulantısını artıra bilər. Bu görə kafeinsiz, şəkərsiz təzə sıxılmış meyvə suları, həm bədəninizin ehtiyacı olan vitamin və mineralları təmin edəcək, həm də su əskikliyini aradan qaldıracaq yaxşı bir qaynaq olaraq istifadə edilə bilər.

Çobanyastığı, cökə kimi bitki çayları mədə bulanması riskini azaldır. Eyni şəkildə nanə çayının içərisinə limon sıxılaraq içilməsi mədə bulantısına yaxşı gələ bilər.

Zəncəfilin mədə bulantısına yaxşı gəldiyi bilinir. Təzə zəncəfil bir neçə dilim kəsib bir fincan isti suya ataraq 10 dəqiqə dəmlənməsini gözlədikdən sonra çay kimi içmək olar. Hətta bəzən zəncəfil iyləmək belə mədə bulantısını keçirə bilər. Yenə eyni şəkildə limon qoxluya bilər, ya da çayınıza bir iki damla limon suyu əlavə edə bilərsiniz.

Az yağlı qidalar istifadə edin

Həzmi çətin yeməklər yeməyin

Paylarınızı bölərək qısa müddətli ara verdikdən sonra yeyin

Bəzi hallarda dəmir möhkəmlətməsi həzm sisteminə pis təsir edə bilər

Qızarmış qidalardan qaçın

İstilik, pis otaq təravətləndirici qoxular və ətirlər bulantısını artıra bilər

Acıdığınızda nə isə yeyin, boş mədə daha çox bulanır

Bəzi məhsullar ürəkbulanması ilə mübarizədə çox yaxşı effekt verir. Bu məhsulların arasında: meyvə quruları, üzüm, heyva, nanə, yaşıl çay, nar, qreypfrut, günəbaxan tumları, alma, kələm və xiyar turşusu, limon, suxarı, mandarin, zəncəfil.

Qusma və ürəkbulanma müntəzəm davam edirsə mütləq həkiminizlə məsləhətləşin

Buna da baxın

Ana südünü artırmaq üçün çay resepti

Whatsapp ilə Paylaş Yenicə ana olmuş qadınların bir neçə sual dolu problemləri olur. Onlardan biridə …