Əsas səhifə / Əsas menu / Ana və uşaq / Hamiləlikdə çox kilo almağın zərərli tərəfləri
Bizi mobildən daha sürətli  izləyin

Hamiləlikdə çox kilo almağın zərərli tərəfləri

l

Hamiləlikdə çox çəki alınması bir çox doğum riskini özü ilə birgə gətirir.

Məsələn çox kilo alışı hamiləlikdə təzyiqə təkan verə, erkən doğuma səbəb ola bilir. Artıq çəki hamiləlikdə şəkər xəstəliyinin ortaya çıxmasına səbəb olur və böyük körpə doğumu meydana gələ bilir. Bununla birlikdə doğum sonrasında da əmizdirmə ilə əlaqədar də problemlər  yarana bilir

Qadınklubu.com-un məlumatına görə, Dr. Ayça Kaya, hamiləlikdə çox kilo almağın körpənin zəkasına da təsir edə biləcəyini bildirib.

Körpənin zəkasını mənfi təsir edir

Pittsburg və British Colombia Universitetləri tərəfindən bu il nəşr olunan araşdırmada, hamiləliyində çox çox kilo alan qadınlarla hamiləlik kilosu normal olan qadınların körpələri 10 il boyunca müşahidə edilib. Bu müşahidənin sonunda hamiləliyində çox kilo alan qadınların uşaqlarının digərləri ilə müqaisədə yüzdə 3,2 nisbətində daha aşağı IQ dəyərlərinə sahib olduğu sübut edilib. Bu uşaqların eyni zamanda immunitet sistemlərinin də, digərlərinə görə daha zəif olduğu ortaya çıxıb.

Dr. Ayça Kaya, hamiləlikdə həddindən artıq kilo qəbulundan çəkinmək üçün diqqət edilməsi lazım olanları belə sıralayıb:

  • Paketli və saxlanma müddəti uzun olan yeməklərdən qaçın.

  • Fəsilə uyğun təzə tərəvəz və meyvəni mətbəxinizdən əksik etməyin.

  • Hər yeməkdə kifayət qədər zülal dəyəri yüksək olan qidalar (yumurta, pendir, ət, balıq, süd, qatıq) yeməyə diqqət edin. Çünki zülallar həm toxluq hissinin daha tez yaradır, həm də insanı daha uzun müddət tox tutur.

  • Evə hazır yeməklər sifariş etməyin. Mümkün olduğu qədər öz yeməklərinizi özünüz bişirin.

  • Şiniyyat məhsullarının yağ və şəkər anbarı olduğunu unutmayın.

  • Qızartmalar və yağlı yeməklərin bir kalori bombası olduğunun fərqində olun. Yeməklərinizə qoyduğunuz yağlara məhdudiyyət qoyun. Məsələn 1 kq tərəvəz yeməyinizi 2 yemək qaşığı yağla bişirin

  • Axşam yeməyindən sonra heç bir şey yeməyin.

  • Mütləq təzə meyvə və qatıq yeməyi vərdiş halına gətirin. Xüsusilə ara yeməklərdə evdə özünüzə təzə meyvə və qatıqla meyvəli yoğurtlar edin.

  • Hər gün mütləq gəzməyə diqqət edin. Xüsusilə açıq havada bol oksigenli mühitdə edəcəyiniz yürüş kilonuza nəzarət baxımından çox faydalıdır

Buna da baxın

Əti bişirməyin 7 üsulu

Whatsapp ilə Paylaş Ən çox güvəndiyiniz qəssabdan ən bahalı əti alıb, ən gözəl formada marine …