Əsas səhifə / Əsas menu / Gözəllik / Hamiləlikdə dəri ləkələri
Bizi mobildən daha sürətli  izləyin

Hamiləlikdə dəri ləkələri

kelle

Hamiləlik dönəmində bəzi qadınlar dodaq üstü, yanaqlar və alın bölgəsində yaranan qəhvəyi ləkələrlərdən şikyət edirlər. Bu ləkələrə hamiləlik maskası və ya “Melazma” adı verilir. Bu ləkələr hamiləlik zamanı yaranan esterogen hormonunun dəriyə rəng verən piqmentlərə mənfi təsir etməsi nəticəsində yaranır. Əsasən hamiləliyin 4-5-ci aylarında ortaya çıxan ləkələr, əsmər və buğdayı dərili xanımlarda daha çox rast gəlinir. Təbii ki, dərinin genetik xüsusiyyətləri də bu ləkələrin yaranmasına səbəblərdən biridir. Hamiləlik zamanı heç də bu ləkələrlə qarşılaşmayan qadınlar da çoxdur.

Bu ləkələr qalıcı deyildir və növbəti aylarda öz-özünə gedir. Günəş, hamiləlik ləkələrinin artmasına səbəb olan faktorlardan biridir. Hətta hamilə olmayan insanlar da yayda günəş altında çox qaldıqda, dəri problemləri yaşayırlar.

Hamilə bir qadın hormonal dəyişikliklərə görə, daha həssas bir dəriyə sahib olur. Ona görə də, günəşdəən tamamən qorunmalıdır.

Hamiləlik ləkələrindən qorunmaq üçün

Dəri təmizliyinə diqqət edin

Həddən artıq makiyajdan uzaq durun

Keyfiyyətli kosmetik vasitələrindən istifadə edin

Dəri tipinizə uyğun nəmləndirici krem istifadə edin

Ara-sıra pilinq edin

Yay aylarında mütləq geniş kənarları olan şlyapa və eynəkdən istifadə edin

Uzun müddət günəş şüası altında qalmayın

 

Hamiləlik dönəmindən sonra bu ləkələrdən hələ də qurtulmamısınzsa, piqmentləri bərpa edən serumlara müraciət edin. Lakin bunlar da, qadının uşağa süd verdiyi zaman istifadə edilməməlidir.

Bunun yerinə, həmin şəraitdə ləkələr tamamən keçənə kimi dəri rənginə uyğun tonal kremdən istifadə etmək ən uyğun variantdır.

Qadinklubu.com

Buna da baxın

Gicitkəni balla qarışdırsanız…

Whatsapp ilə Paylaş Balla gicitkənin hər ikisi ayrı-ayrılıqda orqanizm üçün çox faydalıdır. Onların ikisi birləşdikdə …