Əsas səhifə / Əsas menu / Sağlamlıq / Hamiləlik / Hamiləlikdə düzgün qidalanmaq – Həkim məsləhəti
Bizi mobildən daha sürətli  izləyin

Hamiləlikdə düzgün qidalanmaq – Həkim məsləhəti

hamiləlikdə düzgün qidalanma-həkim məsləhəti

Hamiləlikdə qidalanma digər dövrlərdəki qidalanmaqdan daha çox əhəmiyyətlidir. Çünki, körpənin tək qida qaynağı vardır. Hamiləlikdə qidalanma həm körpənin böyüyüb və yetkinləşməsi, həm də ananın ehtiyaclarının qarşılanması səbəbiylə diqqət edilməsi lazım olan bir mövzudur. 

Normal çəkidə olarkən  hamilə qalan sağlam bir qadın doğru qidalanarsa, hamiləliyin sonunda təxminən 9-12 kilo arası bir çəki artımı görülür. Türkiyəli Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Op. Dr. Can Şener, sağlam bir körpə üçün düzgün qidalanmağın qaydalarını belə izah edib.

Qadinklubu.com həmin məlumatı sizlərlə paylaşır.

KALSİUM

Körpənizin, hamiləliyin 8-ci həftəsində meydana gəlməyə başlayan sümük və dişlərinin inkişafı üçün kalsium əhəmiyyətlidir. Hamiləlikdə normalda ehtiyacınızın olduğundan iki qat artıq kalsium lazımlıdır. Kalsium baxımından zəngin qidalar arasında, pendir, süd, qatıq və yaşıl yarpaqlı tərəvəzlər sayıla bilər. Ancaq süd məhsullarının yağ baxımından da zəngin olduğunu unutmayın. Bu səbəblə yağsız süd və qatığı seçməlisiniz.

Artan gündəlik kalsium ehtiyacını bunlarla qarşılayın: 85gr yağsız pendir, 7 dilim ağ çörək, 2 stəkan süd, 170gr sardina.
• Ağ Çörək

• Yağı Alınmış Süd

• Yarım Yağlı Pendir

• Təzə Badam

• Sardina

ZÜLAL

Hamiləlikdə zülal ehtiyacı artığı üçün zülal ehtiva edən müxtəlif qidaları yeməlisiniz. Balıq, ət, quru paxlalılar və süd məhsulları zülal baxımından zəngin olduğu üçün həddindən artıq alınmamalı, ətin yağsız qisimi seçilməlidir.

• Toyuq Əti

• Balıq

• Qatıq

• Yer fıstığı
• Fıstıq əzməsi

• Yağsız qırmızı ət

• Yumurta

• Mərci

• Pendir

C VİTAMİNİ

C vitamini plasenta üçün yaralıdır, bədəninizin xəstəlik faktorlarına qarşı müqavimətini artırır və dəmirin bağırsaqlarda sorulmasını asanlaşdırır. C vitamini təzə meyvə və tərəvəzlərdə olur. Bədəndə depolanmadığı üçün hər gün müəyyən miqdar alınmalıdır. Uzun müddət saxlanan və bişirilən qidalarda C vitamininin çoxu itir. Bu səbəblə, qidaları təzə olan zaman qəbul etməli, tərəvəzləri ya çiy və ya az qaynadaraq yeməlisiniz.

• Kələm

• Qreypfrut

• Pomidor

• gül kələm

• Qırmızı və yaşıl bibər

• Brüssel kələmi

• Portağal

• Kartof

• Çiyələk

LİFLİ QİDALAR

Gündəlik qidalanmanın böyük bir hissəsini təşkil etməsi lazım olan lifli qidalar, hamiləlikdə sıx rast gəlinən qəbizliyin qarşısını almaqda çox yararlıdır. Tərəvəz  və meyvələr lif baxımından zəngindir. Hər gün bol miqdarda yeyə bilərsiniz. Kəpəkli qidalar da lif ehtiva edir. Ancaq digər bəzi qidaların sorulmasına əngəl törətməsi baxımından çox yeyilməməlidir.
• Kəpəkli çörək

• Moruq

• Noxud

• Qara düyü

• Quru üzüm

• Quru yemiş

• Kəpəkli makaron

• Quru ərik

• Kəvər

FOL TURŞUSU

Körpənin mərkəzi sinir sisteminin inkişafı üçün xüsusilə ilk həftələrdə folik turşu lazımlıdır. Bədəndə depolanmadığı və hamiləlikdə normaldan çoxuna ehtiyac duyulduğu üçün hər gün alınmalıdır. Təzə yaşıl tərəvəzlər folik turşu qaynağıdır. Bişdiyində tərkibindəki folik turşu azalacağı üçün çiy və ya az qaynadaraq yeməlisiniz.

• İspanaq

• Fındıq

• Kəpəkli çörək

• Yer fıstığı

• Gül kələm

DƏMİR

Hamiləlikdə, həm körpənin doğumdan sonra ehtiyacı olacağı dəmirin toplanması, həm də hamiləlik səbəbiylə artan qanınıza kafi oksigenin daşınması üçün normaldan daha çox miqdarda dəmirə ehtiyac vardır. Heyvansal  yeməklərdəki dəmir, tərəvəz və quru meyvələrdə olandan daha asan əmilir. Ət yemirsinizsə, dəmirin sorulmasını artırmaq üçün aldığınız qidaların C vitamini baxımından zəngin olması lazımdır. Amma bu  dəmir əskikliyini aradan qaldırmaq üçün tək başına kafi olmaz.  Ona görə də artan dəmir ehtiyacını qarşılamaq üçün dəmir ehtiva edən dərmanlar qəbul etməlisiniz. Dəmir, körpənin və ananın əsas  ehtiyaclarından biridir. Dəmir əskikliyi nəticəsində yorğunluq hissi, dəridə solğunluq, saç tökülməsi kimi bəzi fiziki əlamətlər də ortaya çıxar.

• Yağsız qırmızı ət

• Ton balığı

• Qaraciyər

Hamiləlikdə ən faydalı qidalar

• Süd, qatıq, pendir: Kalsium, zülal

• Yaşıl yarpaqlı tərəvəzlər: C vitamini, lif, fol turşusu

• Yağsız qırmızı ət: zülal, dəmir

• Sardina: kalsium, dəmir, zülal

• Portağal: C vitamini, lif

• Balıq: zülal

• Kəpəkli çörək: zülal, lif, fol turşusu

Hamiləlikdə ən zərərli qidalar

• Ümumi olaraq şirin və şirniyyatlar

• Şəkərli marmelatlar

• Likör

• Qazlı və şəkərli içkilər kola limonad v.b

•Qəlyanaltılar

• Qızartmalar

• Çox qəhvə və ya çay

• Həddindən artıq yemək yemək

Hamiləlikdə TÖVSİYƏLƏR GÜNLÜK QİDA miqdarda

Səhər yeməyi:

  • 1 stəkan süd
  • Ağ pendir (1-2 kibrit qutusu qədər) 30-60 qr.
  • 1 yumurta
  • 1 dilim çörək
  • Şəkər 15-30 qr.

Nahar

  • 1 boşqab ət (qril-qaynatma) 200 qr.
  • 1 boşqab tərəvəz (200 qr.)
  • ½ su stəkanı qatıq 100 qr
  • 1 boşqab meyvə 200-250 qr.
  • 1 su stəkanı süd 200 cl.

Şam yeməyi:

  • 1 boşqab ət və ya balıq (200 qr.)
  • 1 boşqab tərəvəz 200 qr.
  • 1 dilim çörək 50 gr.
  • 1 su stəkanı meyvə suyu.

Buna da baxın

Doğuşdan sonra artıq çəkilərdən xilas olmağın asan və sağlam üsulları

Whatsapp ilə Paylaş Whatsapp ilə Paylaş