Əsas səhifə / Əsas menu / Ana və uşaq / Hamiləlikdə qarında yaranan çatlaqların səbəbləri və həlli
Bizi mobildən daha sürətli  izləyin

Hamiləlikdə qarında yaranan çatlaqların səbəbləri və həlli

Hamiləlikdə qarında yaranan çatlaqların səbəbləri və həlli
Hamiləlikdə qarın çatlamalarının səbəbləri?

Hamiləlikdə qarında çatlaqların meydana gəlməsi ana namizədinin dəri tipiylə əlaqədardır. Ümumiyyətlə, həssas dərilərdə çatlaqların yaranması daha çox rast gəlinir. Əgər dəriniz elastikdirsə, narahat olmayın. Çünki, elastik dəri çatlaq meydana gəlməsinə uyğun deyildir. Ona görə də hansısa bir xüsusi maddələrdən istifadə etməyə ehtiyac yoxdur. Nəmləndirici krem və ya badam yağından istifadə etmək kifayətdir.

Hamiləlikdə çatlaqlar hansı nahiyyələrdə rast gəlinir?

Qarın çatlaqları ən çox qarının alt hissələrində görülür. Eyni zamanda ayaqlarda, budlarda, sinədə və qollarda görülən çatlaqlar çəhrayı ağ rəngli olur. Sanki bir yara varmış kimi görünürlər. Dəridə kiçik və çox dərin olmayan çöküntülər şəklindədirlər. Açıq bədənli xanımlarda çəhrayı bir rəngdə, qarabuğdayı bədənlilərdə isə açıq rəngdə və ya gümüş rəngində görünürlər. Bu çatlar bəzən yüngül bir qaşıntıya yol aça bilərlər.

Hamiləlikdə qarın çatlaqları nə vaxtdan başlayır?

Hamiləliyin 12-ci həftəsində körpə hərəkətləri hiss olunmağa başlandığı zamanlarda qarında çatlamalar meydana gəlməyə başlayır. 6-cı ayda ana namizədinin göbək bölgəsindəki dəri altı bağ toxuması gərilməyə başlayır və bir müddət sonra da cırılmalar görülür. Yaranan bu cırılmalar çöldən qırmızı rəngdə çatlamalar olaraq görülür.

Hamiləlikdə qarın çatlaqları ən çox hansı dəri tiplərində rast gəlinir?

Həssas dərilərdə xüsusilə ağ bədənli qadınlarda və hamiləliyində həddindən artıq çəki alan namizədlərdə daha çox rast gəlinir. Habelə hamiləlik müddətində maye qəbulu az olarsa, dəri elastikliği azaldığı üçün çatlaqlar görülə bilər. Bu səbəblə ana namizədlərinin hamiləlikləri boyunca bol-bol maye istifadə etməkləri, yarana biləcək qarın çatlaqlarının qarşısını almaq üçün ən yaxşı təbii üsuldur. Bəzi hallarda çatlar qarın bölgəsi xaricində qol və qıçlarda da da görülə bilər.

Doğumdan sonra çatlaqlar nə vaxt keçər?

Doğumdan sonra göbək çatlaqlarının rəngi qırmızı-çəhrayı görünüşündən gümüşü rəngə çevrilər. 6 aydan sonra çox da müəyyən olmayan incə yüngül bir xətt halına çevrilərlər. Doğumdan sonra təəssüf ki, tez bir zamanda tamamilə keçməz. Bəzən yüngül iz qalar, ancaq sırf bu problemi aradan qaldırmaq məqsədilə, bir çox bitki mənşəli həllər, krem və ya cərrahi texnikalar vardır.

Hamiləlikdə qarın çatlaqların qarşısı necə alınmalı?

Xüsusilə ağ bədənli və həssas bir dəriyə sahib ana namizədləri çatlaq meydana gəlməsini gözləmədən hamiləliklərinin 5 ayından etibarən, sadə nəmləndiricilər, kremlər və badam yağı istifadə başlayaraq, tədbir ala bilərlər. Çatlaqların aradan qaldırılması üçün istifadə edilən bir çox krem növü mövcuddur. Bunlar dərini nəmləndirərək quruluqlarını aradan qaldırar. Çatlaqların qarşısının alınmasında alına biləcək ən yaxşı tədbir dərinin nəmini qorumaqdır. Balanslı və sağlam bir bəslənmə və maye qəbulu, çatlaqların meydana gəlməsini mane olur. Duş alarkən qarınınızı yumşaq bir süngər, fırça və ya lif köməyiylə, dairəvi hərəkətlər şəklində masaj edərək kremləyin. Bu sayədə dəridəki qan dövranı sürətlənir və elastikliyi artar. Bu səbəbdən qorunmağa kömək olur.

Buna da baxın

Evinizdəki bu alətlər sonsuzluğa səbəb olur

Whatsapp ilə Paylaş Uşaq sahibi olmamağınıza səbəb evinizdə istifadə etdiyiniz texniki avadanlıqlar ola bilər. Ayrı-ayrılıqda …