Əsas səhifə / Əsas menu / Gözəllik / Hamiləlikdən qalan ləkələrdən qurtulmağın yolu
Bizi mobildən daha sürətli  izləyin

Hamiləlikdən qalan ləkələrdən qurtulmağın yolu

g

Hamiləlik dövründə, qadınlıq hormonlarının yüksəlməsi ilə hamiləlik ləkəsi olaraq da adlandırılan “melasma” problemi ortaya çıxır.

Qadınklubu.com xəbər verir ki, melasma problemi əsasən üz bölgəsində yanaqlarda, üst dodaq və alında, üz xaricində isə boyunda və qolun yan tərəflərində meydana gəlir. Bu ləkələrin meydana gəlməsindəki əsas faktorlar qadınlıq hormonları olan estrogen, progesteron və günəşdir. Hamiləlik dövründə qadınlıq hormonlarının yüksəlməsi ilə təbii olaraq dəri günəş görmədiyi sahələrdə da koyulaşır. Lakin günəş görən bölgələrdəki ləkələr, günəş görməyən bölgələrdəkilərin əksinə, hamiləlik sonrası düzəlməz.

Hamiləlik dövrü ləkələrindən xilas olmaq üçün xüsusilə günəş işığından qorunmaq lazımdır. Gün işığı, dəridəki pigmentasyonu artırır və qalıcı hamiləlik ləkələrinə səbəb olur. Ağ bədənli və sarışın qadınlarda hamiləlik ləkələri meydana gəlmə ehtimalı daha yüksəkdir.

Kosmetik olaraq bir çox qadının müalicə üçün fərqli üsullara əl atır. Bu üsullar rəng açıcı kremlər, təbii hazırlanan bir sıra qarışımlar, kimyəvi peeling, dermabrasyon, lazer müalicələrin şəklində sıralana bilər. Lakin bu üsullar da ləkələri tam yox edə bilmir. Daha sonra qulluq davam etdirilməsə, ləkələrdə təkrar tündləşmə görülür.

Hamiləlik ləkələrindən qurtulmağın əslində çox sadə bir yolu var.

Cəfəri suyu

Cəfəri suyu və limon suyunu qarışdırın və hamiləlik ləkəsi olan bölgəyə sürtün. Daha sonra 15 dəqiqə gözləyib ilıq su ilə yuyun. Cəfəri suyunun dəri ləkələri və qırışları olduqca təsirlidir. Bu üsulla təxminən 85-90 faiz ləkələrin yox edilməsi və nəzarət altına alınması mümkündür.

Buna da baxın

Qara nöqtələrə son

Whatsapp ilə PaylaşTərkibi: 2 x/qaşığı soda 2 damcı adaçayı yağı 1 limon Hazırlanması və tətbiqi: …