Əsas səhifə / Əsas menu / Dəb / Hansı ayaqqabı ilə hansı paltar
Bizi mobildən daha sürətli  izləyin

Hansı ayaqqabı ilə hansı paltar

Untitled

 Hansı ayaqqabı ilə hansı paltar

Əziz xanımlar, sizə ayaqqabıları hansı geyimlə uyğunlaşdıra biləcəyiniz haqda məlumat vermək istəyirəm. Ayaqqabı geyimimizi tamamlayan əsas aksesuardır. Dəbli görünmək üçün hər zaman gözəl ayaqqabılara ehtiyac vardır.

1) Bu ayaqqabını qara paltar və düz qara çanta ilə uyğunlaşdıra bilərsiniz. Ayaqqabıda qızılı rəng olduğu üçün geyimdə sadəlik tələb olunur.

2) Bu ayaqqabını paltar və ya ətəklə geyinmək olar. Ətəklə geyindiyimiz zaman mavi ətək, üzərinə qara düz köynək və üstündən qısa gödəkçə ilə gözəl görünüş əldə etmək olar.

3) Bu ayaqqabını cins şalvar və üzərinə düşəcək uzun köynəklə geyinə bilərsiniz.

4) Bu ayaqqabını gümüşü rəngli düz paltar və üzərinə qara rəngdə qısa gödəkcə ilə uyğunlaşdırmaq olar. Ayaqqabı parlaq olduğu üçün sadəlik tələb edir.

5) Bu ayaqqabı ilə qısa qəhvəyi ətək, üzərinə ağ rəngdə tül köynək, yaxası xəzli palto və ya gödəkçə geyinmək olar.

6) Növbəti ayaqqabını mavi paltarla, yaxud da mavi ətək, qara qısaqol kofta ilə geyinmək olar.

7) Sadə qısa cins şort, üzərinə isə yenə sadə qara köynəklə geyinə biləcəyiniz ayaqqabıdır. Aksesuar kimi qara rəngli qolbaq taxa bilərsiniz.

8) Bu ayaqqabını dəri ətək, üzərinə yaşıl rəngdə yarasa qollu köynək və dəri çanta ilə uyğunlaşdıra bilərsiniz.

9) Dizə qədər qara ətək, üzərinə qızılı köynək, çiyindən asılan qara çanta və qəhvəyi eynəklə istifadə etsəniz, dəbə uyğun olacağına əmin ola bilərsiniz.

10) Bu ayaqqabını paltarla geyinmək olar, amma şortla daha dəbli görünər. Qara və ya cins şort, üzərinə açıq tonlarda köynək və kiçik çanta çox zövqlü görünər. Gümüşü rəngdə qolbaq və ya saatla geyiminizə gözəllik qata bilərsiniz.

11) Bu ayaqqabıya üzərində işləmələri olan qırmızı paltar uyğundur. Nazik qolbaq, qırmızı və ya qara düz çanta geyiminizə xüsusi gözəllik verər.

12) Arxası uzun, önü qısa olan qızılı paltar, yaşıl düz çanta ilə uyğunlaşdıra biləcəyiniz ayaqqabı… Aksesuar kimi qızılı qolbaq seçmək olar.

13) Digər bir ayaqqabını isə cins şalvar və üzərinə qara, çəhrayı tonlarında köynəklə birgə geyinə bilərsiniz.

14) Ən çox sevdiyim ayaqqabı isə budur. Bu ayaqqabını hər cür geyimlə geyinə bilərsiniz. Bu rənglərdə düz paltar və qara çanta ilə gözəl görünüşə sahib olacaqsınız. Bundan başqa, qısa cins şort, üstünə bu rəngdə köynək və eyni rəngdə qolbaqla geyiminizi tamamlaya bilərsiniz.

Buna da baxın

Ayaqlarınızın daha uzun görünməsi üçün bunları edin

Whatsapp ilə Paylaş Ayaqlarınızı istədiyiniz uzunluqda olmaya bilər. Siz manikenlər kimi uzun olmaya bilərsiniz. Lakin, …