Əsas səhifə / Əsas menu / Gözəllik / Hansı fırça nə üçün istifadə edilir?
Bizi mobildən daha sürətli  izləyin

Hansı fırça nə üçün istifadə edilir?

Kosmetika zamanı bir çox fırçalardan istifadə edilir.

Çoxluq təşkil etməkləri ilə yanaşı, bu fırçalar istifadə xüsusiyyətinə görədə fərqlənirlər. Qadınklubu.com sizlər üçün hansı fırçadan, hansı kosmetik vasitə üçün istifadə edilməli olduğunu araşdırdı.

Korrektor fırçası

Korrektor üçün istifadə edilir. Üzdəki qusurları örtmək üçün yararlıdır. Nə çox sərt, nə də yumşaq olmalıdır. C şəklində olması məsləhətdir.

Tonal krem fırçası

Korrektor üzərindən rəng keçidlərini nizamlamaq üçün istifadə edilir. Sərtliyi orta dərəcədə olmalıdır. Xəfif hərəkətli fırçalardır.
tonal krem fircasi

Pudra fırçası

Yumşaq və küt tükcüklərdən ibarət olan fırçalardır. Yumşaq olmasına diqqət edin.
pudra

Ənlik fırçası

Ənlik fırçası C şəklində olur. Yumşaq tükcüklərdən ibarət olmalıdır. Daha kəskin görüntü üçün nisbətən sonluğu maili olan fırçalardan istifadə edilməlidir.
ənlik fırçası

Göz kölgəsi üçün fırça

Əsasasən göz kölgəsinin tətbiqində istifadə edilir. Amma daha sabit görünüşlü pomada üçün də istifadə edilə bilər.
goz kolgesi ceken

Göz kölgəsini yaymaq üçün fırça

Göz kölgəsi çəkmək və yaymaq üçün istifadə edilir. Bu fırçalar vasitəsilə rəngləri qarışdıra bilər və daha dolğun baxışlar əldə edə bilərsiniz.

Layner fırçası

Bu fırçalar sərt və eyni zamanda əyilə bilən xüsusiyyətə malik olmaldır. Sintetik fırçalar daha dəqiq görüntü yaradır.
layner fircasi

Pomada fırçası

Ucu sivri olmalıdır. Fırça pomadanın uzun müddətli qalmasını təmin edir. Layner fırçası kimi sintetik və sərt olmalıdır.
pomada fircasi