Əsas səhifə / Manşet / Hansı qidaları soyuducuda saxlamaq təhlükəlidir?
Bizi mobildən daha sürətli  izləyin

Hansı qidaları soyuducuda saxlamaq təhlükəlidir?

k

Bəzi qidaları soyuducuya qoymaq qətiyyən məsləhət görülmür

Qadınklubu.com-un məlumatına görə, soyuducudan uzaq saxlanılması məsləhət görülən qidalardan biri soğandır. Əgər soğanı soyuducuya qoysanız, kifli hala düşəcək.

Kartofu soyuducuda saxlamaq sağlamlığımız üçün olduqca təhlükəlidir. Soyuducuda kartofun tərkibindəki nişasta şəkərə çevrilir. Qaynadıldıqda və ya qızardıldıqda şəkər aminoasit asparajin ilə birləşərək, çox zərərli akrilamid adlı kimyəvi maddə istehsal edir. Sözügedən maddə insanda əvvəlcə ürəkbulanma və digər narahatlıqlar yaradır, sonra isə dünyanın ən sağalmaz xəstəliklərindən olan xərçəngə meydan açılır.

Pomidoru da soyuducuda saxlamayın. Səbəb istini sevən tərəvəzin, soyuq temperaturda dadını dəyişməsi və tərkibindəki maddələrin öz faydalı xüsusiyyətlərini itirməsidir.

Çörək də soyuducuda saxlanmaması məsləhət görülən qidalardandır. Mütəxəsisslərin sözlərinə görə, soyuducuya qoyulan çörəyin tərkibindəki karbonhidrat molekulları kristallaşır, bu da çörəyin tez qurumasına səbəb olur.

Qəhvəni soyuducudan uzaq saxlayın. Çünki, soyuducuda saxlanılan qəhvə həm dadını itirir, həm də ordakı bütün yeməklərin qoxusunu özünə çəkir.//atv.az

 

Buna da baxın

Botoksu əvəzləyən maska

Whatsapp ilə Paylaş Üzdə yaşla bağlı yaşanan dəyişikliklər heç bir qadını sevindirmir. Üzdə yaşlılığın ilk …