Əsas səhifə / Əsas menu / Sağlamlıq / Hepatitə yoluxmaq istəməyənlər bunu oxuyun
Bizi mobildən daha sürətli  izləyin

Hepatitə yoluxmaq istəməyənlər bunu oxuyun

yHepatitə yoluxmaq istəməyənlər bunu oxuyun

“Hepatit virusları A, B, C, E və digər kateqoriyalara bölünür. A virusu hepatiti el arasında tanınan infeksion sarılıq xəstəliyidir. Yerdə qalan digər virus növləri hepatit A virusunun növlərinin dəyişməsidir.”

Bu sözləri İnterAz tibb elmləri doktoru, professor Adil Qeybulla son illər insanlar hepatit xəstəliyinin kütləvi formada artması ilə bağlı açıqlama verərkən qeyd edib.Картинки по запросу adil qeybulla

Müsahibin sözlərinə görə, virus həyatın qeyri-hüceyrəvi formasıdır: “Virus hüceyrə deyil. Viruslar üçün kənarda artıb çoxalmaq üçün xüsusi resurs və şərait lazımdır. Onlar adətən orqanizmlərdə hüceyrə daxilindəki resurslardan istifadə edərək artıb çoxalırlar. Yəni viruslar reflikasiya edərək yeni xassə alır. Misal üçün bu il karantin infeksiyası alan qrip hər il, bir növdə peyda olur.”

Hepatit virusları arasında B virusunun tamamilə müalicə edilmədiyini söyləyən ekspert, “lakin C virusu vaxtında aşkar ediləndə müalicə olunur. Bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatının hazırladığı xüsusi müalicə sxemi var. Əgər lazımı formada müalicə edilməzsə, qara ciyərin şişməsinə və seroza gətirib çıxara bilər ” – deyə bildirdi:

“Bu virus insandan-insana yalnız qanla yoluxur. Belə ki, başqa xəstə üçün istifadə edilən alətlərin dezinfeksiyasına diqqət edilməməsi və qan köçürmə, kosmetoloji avadanlıqlardan istifadə zamanı diqqətsizlik virusun yayılma təhlükəsini daha da artırır. Yəni qanla əlaqədar görülə biləcək işlərin hamısında xəstəliyin yoluxma təhlükəsi var.”

Müsahib onu da bildirdi ki, bəzi yerlərdə alətlərin dezinfeksiya edilməsi ilə bağlı heç bir iş görülmür:

“Nəticədə virus hepatitlərinin yayılmasına zəmin yaranır. Böyük əksəriyyətin hepatit virusuna yoluxması təsadüfi müayinələr nəticəsində aşkar edilir. Çünki virus bədəndə qara ciyəri zədələyənə qədər insanda heç bir narahatlıq yaratmır. Bu baxımdan düşünürəm ki, insanlar ildə bir dəfə də olsun yüngül müayinədən keçərək səhhətlərini yoxlatdırmalıdırlar.”

Səhiyyə Nazirliyinin virusun yayılmasının qarşısını almaq üçün periodik olaraq stomatoloji kabinetlərə və digər yerlərə göstərişlər verdiyini söyləyən Adil bəy bildirdi ki, bununla bağlı nazirliyin konkret təlimatları var:

“Lakin təəssüflər olsun ki, bəzi kabinetlər nazirliyin nəzarətində deyil. Bura xüsusilə kosmetoloji mərkəzlər və gözəllik salonları daxildir. Bütün bunlara paralel olaraq insanlar özləri də diqqətli olmalıdırlar və çalışmalıdırlar ki, özlərinin şəxsi kosmetoloji alətləri olsun. Stomatoloji kabinetlərdə isə xüsusi ilə diş içindəki sinirlərin çıxarılması zamanı istifadə edilən xırda iynələr bir dəfə istifadə edildikdən sonra tullanmalıdır. ”


Buna da baxın

12 saatda bağırsaqlardakı bütün qurdları tökən KÜR

Whatsapp ilə Paylaş Portağal qabığının səhiyyə baxımından faydaları çox az bilinir. Portağal qabığında olan C …