Əsas səhifə / Əsas menu / Yemək reseptləri / Desert və dondurmalar / Heyva mürəbbənizin qırmızı olması üçün qayda
Bizi mobildən daha sürətli  izləyin

Heyva mürəbbənizin qırmızı olması üçün qayda

Heyva mürəbbənizin qırmızı olması üçün qayda

Mürəbbənin rənginin qırmızı olmasını istəyirsinizsə, onda qadınklubu.com-un təqdim etdiyi bir iki incə nüansa riyaət etməyiniz kifayətdir. Belə ki,
Qayda 1 – soyduğunuz heyva qabıqlarını (əgər soymusunuzsa) meyvələrlə birlikdə qaynadın.
Qayda 2 – heyva tumlarını da həmçinin mürəbbə bişirdiyiniz qabda meyvələrlə birlikdə qaynadın.
Bununla da heyva mürəbbəsinin göz oxşayan rəngi sizi razı salacaq.

Tərkibi:

1,5 kq heyva
1.2 kq (1200 qram) şəkər tozu
yarım limon suyu
7-8 ədəd dənə mixək
4 su stəkanı su

Hazırlanması:

  1. Əvvəlcə heyvaları yuyun, soyun və kub şəkilində doğrayın
  2. Kub şəkilində doğradığınız heyvaları qaralmaması üçün əvvəldən hazırladığınız limonlu suya atın.
  3. Heyvaları geniş bir polad qazana alın, üzərinə suyu əlavə edərək heyvalar yumşalna qədər orta odda bişirin.
  4. Yumşalan heyvalar üzərinə suyunu tökmədən şəkərin və mixəyin hamısını əlavə edin, şəkər əriyənə qədər yavaşca qarışdırın və az odda qatılaşıb mürəbbə halına gələnə qədər qaynadın.
  5. Bişməyinə 5-6 dəqiqə qalmış yarım limonun suyunu əlavə edin.
  6. Bişən mürəbbəni soyumağa qoyun və soyuduqdan sonra quru qablara dolduraraq ağzını möhkəmcə bağlayın.

Mürəbbəniz 2 saatdan çox qaynatmağınıza baxmayaraq, hələ də duru qalır və heç cür qatılaşmırsa, narahat olmayın. Qazanın ağzını bağlayın və bir gün həmin qazanda saxlayın. Bir gündən sonra mürəbbənizin şirəsi qatılaşacaq

Mürəbbənin hazır olub-olmamasını bilmək üçün bir kişik qabda soyuq suyun içinə bir-iki damla mürəbbənin şirəsindən damlatın. Əgər bu damlalar suya qarışmırsa, demək mürəbbə hazırdır.

Bunların (heyva qabığı və tumu) mürəbbənizə pis görüntü qazandırmasını istəmirsinizsə, bir tənzifə də topluyub, dağılmamasını və sonradan daha rahat yığa bilməyinizi təmin edə bilərsiniz.

Buna da baxın

Hansı meyvə nəyə xeyirlidir?

Whatsapp ilə PaylaşHansı meyvə nəyə xeyirlidir? Salğam yaşamaq üçün bu meyvələrdən istifadə edin. Portağal, greyfurt, …