Əsas səhifə / Manşet / Heyvalı ət şorbası
Bizi mobildən daha sürətli  izləyin

Heyvalı ət şorbası

v

Zəruri ərzaqlar:

mal əti – 250 q
heyva – 1 ədəd
kartof – 2 ədəd
soğan – 1 ədəd
ərinmiş yağ – 1 xörək qaşığı
cəfəri – 3 şaxə
istiot – zövqə uyğun
duz – zövqə uyğun

Əti yuyub, üzərinə soyuq su əlavə edin, ət bişənədək qaynadın və müntəzəm şəkildə kəfini yığın. Əti bulyondan çıxarıb tikələrə bölün, bulyonu süzün.

Heyvanı yuyub, ortasını təmizləyin, kiçik kub şəklində doğrayıb az miqdarda şəkərli suda qaynadın. Heyvanın qabığını təmizləyin.

Baş soğanı təmizləyib, xırda doğrayın və ərinmiş yağda qızardın. Kartofu təmizləyib, iri kublarla doğrayın.

Əti, qızardılmış soğanı, şirəsilə birgə heyva və kartofu süzülmüş qaynar bulyona əlavə edin. Şorbanı zövqə görə duzlayın, istiotlayın və kartof bişənədək odda saxlayın.

Şorbanı üzərinə xırda doğranmış cəfəri əlavə edərək süfrəyə verin.

Buna da baxın

İspanaqlı börək

Whatsapp ilə Paylaş İspanaqlı börək Tərkibi: -Mal əti -200 qr -İspanaq -3 dəstə -Yumurta – …