Əsas səhifə / Əsas menu / DİN / Hicablı xanımlar dənizdə çimə bilərlər?
Bizi mobildən daha sürətli  izləyin

Hicablı xanımlar dənizdə çimə bilərlər?

1358866273_7634201930841691

Hicablı xanımlar dənizdə çimə bilərlər?

“Hicablı xanımlar üçün xüsusi çimərliklər yaradılmalıdır. İş adamları buna xüsusi diqqət yetirməlidirlər”- bunu din xadimi hacı Təyyar Hüseynli deyib.

O, qadın və kişilərin eyni çimərliklərdən istifadə etməsinə münasibət bildirərək qeyd edib ki, hicablı xanımlar kişilərin olduğu yerlərdə dənizə girməməlidirlər:

“Allah-təala insanlara buyurur ki, halal, qadağan olunmayan istirahətlərdən faydalansınlar. Bizdə digər müsəlman ölkələrindən fərqli olaraq çimərliklərin kişilər və qadınlar arasında bölünməsi məsələsinə xüsusi diqqət ayrılmır. İslam ölkələrində başı bağlı qadınlar üçün ayrıca çimərliklər təşkil edilir. Bizdə də bu məsələyə həssas yanaşılmalıdır. Ölkəmizdə qadınların gedə biləcəyi çimərliklər fəaliyyət göstərmir”.

Dindarın sözlərinə görə, FHN-in nəzarətində olan çimərliklərdə istər-istəməz qadın və kişilər bir yerdə çimirlər. “İndi sovet dövründən qalan çimərlik geyimlərində çimən qadın və kişilər çoxluq təşkil edir. Onlar islami dəyərlərə məhəl qoymurlar. Çox sərbəstdirlər. Əgər dindar bir xanım hicablı formada dənizə girib çimirsə və onun islanmış paltarda olan naməhrəm yerləri kişilərin diqqətini çəkirsə, bu, dini baxımdan günah və haramdır.

Hesab edirəm ki, dənizə paltarda girən xanımlar heç də istəmirlər ki, onların islanmış bədənlərinə kimlərsə baxsınlar. Həmin xanımlara baxanların, yəqin ki, 99 faizinin baxış bucaqları dəyişdirilməlidir. Buna görə onlara iradlar da tutmaq düzgün deyil. Kişi və qadınlar üçün ayrı-ayrı çimərliklər salınmalıdır. Qadınlar, kişilər soyunub, lütlənib çimərliklərdə bir-birlərinə girməməlidirlər. Hesab edirəm ki, hicablı qadınlar kişilərdən çox uzaqda dənizə girə bilərlər”.

Buna da baxın

2015-in ən qəribə çantaları -FOTOLAR

Whatsapp ilə Paylaş2015-in ən qəribə çantaları-FOTOLAR Çanta xanımların imtina etmədiyi aksessuardır. Sizə bu ilin ən …