Əsas səhifə / Əsas menu / Sağlamlıq / Alternativ tibb / Hıçqırığı yox edən sadə və effektiv üsul
Bizi mobildən daha sürətli  izləyin

Hıçqırığı yox edən sadə və effektiv üsul

hıçqırığın qarşısını alan effektiv və sadəüsul

Hıçqırıq diyafraqma yolunun ani olaraq sıxılması nəticəsində yaranan bir sağlamlıq problemidir. Diyafraqma sıxıldıqca səs telləri arasındakı açıqlıq hava axınını nizamlamaq üçün tez-tez bağlandığına görə hıçqırıq səsi eşidilir. Boyundan sinəyə doğru uzanan sinirlərin də qıcıqlanması da hıçqırığa səbəb olur.  Bəzən bu bir-iki saat ərzində heç müdaxilə etmədən də keçər. Amma bu narahatedici vəziyyətin bir sıra üsullarla qarşısını almaq mümkündür. Qadinklubu.com sizlərə bir neçə üsul təqdim edir. Ən effektiv hıçqırıq keçirən üsullarını  sizlərlə paylaşırıq.

 

  1. Əllərinizi arxada tutaraq mümkün qədər yuxarı doğru qaldırın. Bu vəziyyətdə əyilərək digər şəxsin köməyi ilə su için. Bir-iki qurtum içdikdən sonra hıçqırığınız keçəcək.
  2. Nəfəsinizi tutun. Normal nəfəs aldıqdan sonra 10 saniyə nəfəs almadan dayanın. Daha sonra yenə nəfəs alın. Və bu vəziyyəti davam etdirin.
  3. Kağız paketə nəfəs alıb-verin.
  4. Dizlərinizi sinənizə sıxıb əllərinizlə dizlərinizdən tutaraq bir qədər gözləyin.
  5. Döş qəfəsinə bir iki dəfə basın.
  6. Ağız boşluğuna bir-iki damla sirkə alın.
  7. Burun boşluğunu tutaraq udqunun.
  8. Qulaqlarınızı barmaqlarınızla tutun.
  9. Ağız boşluğuna bir çimdik şəkər tozu qoyun. Əridikdə udun.
  10. Bir çay qaşığı suda əridilmiş şəkər tozu və balı dilin arxa hissəsinə qoyaraq udun.
  11. Soyuq suyu qurtum-qurtum için.
  12. Bir stəkan ilıq suyu yavaş için və mümkünsə suyu içərkən nəfəs almayın.
  13. Bir dilim limonu dilinizin üzərinə qoyun.
  14. Bir çay qaşığı alma sirkəsi için.

Buna da baxın

Hıçqırığın qarşısını alan praktik üsullar

Whatsapp ilə PaylaşHıçqırığın qarşısını alan praktik üsullar Bəzən hıçqırığın keçib getməsi üçün nəfəsimizi saxlayar, bəzən …