Əsas səhifə / Əsas menu / Sağlamlıq / Cinsi sağlamlıq / Hiperseksüalite (nemfomani) xəstəliyi
Bizi mobildən daha sürətli  izləyin

Hiperseksüalite (nemfomani) xəstəliyi

hh

Lüğəti mənası heç bitməyən cütləşmə arzusu olan Hiperseksüalite -yəni Nemfomani günümüzün əhəmiyyətli xəstəliklərindən biridir.

Bu xəstəliyin daşıyıcıları cəmiyyət tərəfindən qəbul edilməyəcəkləri qorxusundan öz xəstəliklərini gizli saxlayarlar.

Hiperseksüalite, cinsi istəyi son dərəcə çox olan və ya istəyi birdən artan kəslər üçün istifadə olunan termindir. Bu xəstəliyin yaranmasına səbəb kimi bəzi tibbi müayinələr göstərilsə də, əsl səbəbi hələ də dəqiq bilinmir. Bu xəstəliyə yoluxmuş insanlarda bir müddət sonra bir sıra ruhi problemlər də meydana gəlir. 99% qadınlarda rastlanan bu xəstəlik, cinsi istəyin həddindən artıq olması ilə özünü büruzə verərək, qadının sosial-ictimai həyatına birbaşa mənfi təsir göstərir. Nemfomani sözü yunan mənşəli olub Nymph (qız), və mania (dəlilik) sözlərinin birləşməsindən əmələ gəlmişdir. Nemfomanin göstəriciləri sonu olmayan cinsi istək, və ya istəksizlik yaranana qədər edilən mastürbasiyadır. Bu xəstəliyə yoluxan qadın öz duyğularına, xarakterinə, həyat tərzinə uyğun olmayan kişilərə belə hə deyə bilir. Əgər bu xəstəlik həddən artıq irəliləyərsə, onda qadın cəmiyyətin tənqidini belə nəzərə almadan çox pis nəticələrə gətirib çıxaracaq davranışlar edə bilər. Nemfomanyaklar üçün isə tək bir qayda vardır. Mütləq istəyinə nail olmaq.

Nemfonamiya xəstəliyinə necə yoluxulur?

Bu xəstəliyi əmələ gətirən ən sadə səbəb hormon pozulmasıdır. Profesör H. J. Stemmler ve Kiel’e görə xərçəng xəstəliyi zamanı hormonal müalicə alan qadınlarda bu xəstəlik çox yüksək həddə çata bilir. Ona görə bu tip müalicə alan qadınlar,evli olsalar da çox vaxt ərlərinə xəyanət edə bilirlər. Nemfomani xəstəliyi olan qadınlarda sinirlər daha həssas olur və bu da daxili istəyin artmasına təkan verir. Belə olan halda, qarşı tərəfin seçimində, istəyin nizamlanmasında və cinsi təlabatın ödənilməsi haqqında siqnalların ötürülməsində artıq beyinin funksiyası tamamilə pozulur.

Hiperseksüalitenin müalicəsi üçün axtarılan yollar.

Cəmiyyətdə bu kimi hallar cinsi əlaqə aludəçiliyi adlandırılır. Lakin seksoloqlar bu haqda bir dəqiq müddəa irəli sürmüyüb. Bu haqda açıqlamalara, adətən hərəkətin kompulsif (aludəçi) davranışlar və impulsiv davranış növləri olduğu istiqamətindəki nəzəriyyələr daxildir.
Cinsi əlaqədən qısa zaman sonra yenidən cinsi istək yaranırsa, bu hiperseksüalizm xəstəliyinin göstəricisidir. Amma onu da qeyd edək ki, normal qadının da qısa müddət ərzində bir deyil, bir neçə dəfə orqazm ola bilməsi normal haldır. Nemfomanyak qadınlar sərhəd tanımayan cinsi istəkləri onların çox vaxt pis vəziyyətlərə düşməsinə səbəb ola bilər.

Əlamətləri

Davamlı olaraq cinsi əlaqə haqqındakı düşüncələrin beynində dolaşması
Nizamlamaq bacarığını itirmək
Tərəf müqabilinə bir fərq qoyulmaması
Tez-tez təkrarlanan uğursuz cinsi əlaqələr.

Nemfomaninin zərərləri

Nemfomani qadının bütün həyatına təsir göstərər. Bütün fikri və diqqəti yalnız cinsi əlaqə üzərinə köklənər. Ona görə də ətrafdakı tanışları, dostları ilə münasibətləri korlanar. Fərqli insanlarla yaşadığı cinsi əlaqə onu cəmiyyətdə qınaq obyektinə çevirər. Eyni zamanda cinsi yolla yayılan xəstəliklərə yoluxma riski olduqca çox olan bu xəstələrin həyatı təhlükə altındadır.

Alimlərin fikrinə görə hiperseksual və ya hiperseksual olduğuna inanılan insanların sayı hələ ki, bəlli deyil. Bununla bağlı bir sıra araşdırılmalar aparılsa da, bunun hansı xüsusda aparıldığı məlum deyil.Araşdırmaların nəticəsinə görə ABŞ əhalisinin 3-6% i hiperseksualdır.