Əsas səhifə / Manşet / Hipertoniya krizi
Bizi mobildən daha sürətli  izləyin

Hipertoniya krizi

j

Baş ağrılarına qarşı diqqətli olun.

Həyəcan, psixiki gərginlik, xoşagəlməz hadisələr, yuxusuzluq və havanın kəskin dəyişməsi hipertoniya xəstəliyindən əziyyət çəkən xəstələrdə vəziyyətin kəskinləşməsinə səbəb ola bilər. Bu zaman xəstələrdə hipertonik kriz baş verir.

Hipertoniya krizi arterial təzyiqin birdən-birə və xeyli artması ilə müşayiət olunur. Bu, ürək və mərkəzi sinir sisteminin fəaliyyətinin pozulmasıdır.

Hipertoniya krizinin əsas əlaməti birdən-birə başlanan kəskin baş ağrısıdır. Baş ağrısı ağrıkəsici dərmanların qəbul edilməsi ilə aradan qalxmır, çünki bu cür baş ağrısı arterial təzyiqin artması ilə bağlı olur (arterial təzyiq enən kimi baş ağrısı da keçib gedir). Xəstələrdə baş gicəllənməsi, ürək bulanması, qusma, ürək nahiyyəsində özünü aydın bildirən ağrılar, göz qarşısında qara nöqtələrin uçması halları özünü göstərir. Arterial təzyiq maksimal 200 mm civə sütunu və ondan yuxarı, minimal təzyiq 110 mm civə sütunu və ondan yuxarı olur.

Hipertoniya krizi zamanı göstərilən ilk yardımın əsas məqsədi arterial təzyiqi endirməkdir. Xəstə ciddi yataq rejiminə keçirilməlidir. Əzələ və ya vena daxilinə təzyiq endirən dərman preparatları təyin olunur. Əgər bu kömək etməzsə, xəstədən 200-400 ml qan almaq, ya da qulaq ardına və oma nahiyyəsinə 6-8 zəli qoymaq olar. Qan damarlarını genişləndirmək üçün ənsə və baldır nahiyyəsinə xardal yaxmalar qoyulur. İsti ayaq vannaları təyin olunur. Yuxunu bərpa etmək üçün – yuxugətirici, sakitləşdirici preparatlardan istifadə edilir.

Buna da baxın

Arı sancması zamanı bunları edin

Whatsapp ilə Paylaş Arı və ya eşşək arısı sancması çox təhlükəli ola bilər. Allergiyaya meylli …