Əsas səhifə / Manşet / Holland pendirli pomidor-yumurta
Bizi mobildən daha sürətli  izləyin

Holland pendirli pomidor-yumurta

h

Nahar süfrələrinin vazkeçilməzi olan pomidor-yumurtanı hər kəs sevir.

Bu sevimli yeməyə təzə holland pendiri də əlavə etsəniz tam fərqli bir dad hiss etmiş olacaqsınız.

Qadınklubu.com sizin üçün ləzzətli bir yeməyin reseptini təqdim edir.

Tərkibi:

3 yemək qaşığı maye yağ (zeytun yağı və bir az kərə yağı)
1 orta boy quru soğan
1 yaşıl acı bibər
1 qırmızı bibər
1 çay qaşığı tomat pastası
3 orta boy pomidor
3 yumurta
1 fincan rəndələnmiş holland pendiri

Hazırlanması:

Bir tavaya yağı tökün və orta qızdırılmış ocağın üzərinə qoyun. Tavaya incə doğradığınız quru soğanları və halqa-halqa doğradığınız qırmızı və yaşıl acı bibəri əlavə edin. Soğanlar rəngini dəyişənə yaxın tomat pastasını əlavə edib qarışdırın. Daha sonra kub şəklində doğradığınız pomidorları əlavə edin və pomidorlar əzilənə qədər bişirin.

Bir kasada yumurtanı duzla birlikdə çalın. Əzilən pomidorların üzərinə yumurtanı da əlavə edib bir dəfə qarışdırın və sona üzərinə rəndələnmiş holland pendirini tökün.

İsti olaraq süfrəyə verin.
Nuş olsun!

Buna da baxın

Pendiri necə saxlamalı…

Whatsapp ilə Paylaş Pendiri necə saxlamalı… Pendir ən çox istifadə olunan ərzaqlardan olsada bu qidanı …