Əsas səhifə / Əsas menu / Yemək reseptləri / İçi doldurulmuş bolqar bibəri turşusu
Bizi mobildən daha sürətli  izləyin

İçi doldurulmuş bolqar bibəri turşusu

dolma-tursusu_w535_502_0

İçi doldurulmuş bolqar bibəri turşusu

Tərkibi:

-2 kq yaşıl bolqar bibəri
-0,5 kq kələm
-100 qr acı istiot
-100-150 qr sarımsaq (3-4 baş)
-2 dəstə cəfəri
-2 dəstə nanə
-duz və sirkə cövhəri

Hazırlanması:

Bibərlər təmiz yuyulur və saplağı kəsilir, içi təmizlənir. İri qazanda qaynar duzlu suda 3-4 dəqiqə pörtlədilir və aşsüzənə tökülür.
Bibərlər soyuyana qədər içlik hazırlanır.
Kələm və acı istiot çox nazik doğranır. Sarımsaq təmizlənib əzilir və göyərti də doğranıb bir qabda qarışdırılır. Bu içliyə təxminən 1 xörək qaşığı duz əlavə edilir.
Sonra pörtlənmiş bibərlərin içi qarışımla  doldurulur və səliqə ilə balona yığılır. Üstünə duzlu sirkəli su tökülür və kapron qapaqla bağlanıb sərin yerə qoyulur.
Duzlu-sirkəli suyu hazırlamaq üçün 3 litr qaynadılmış və soyudulmuş suya 3 dolu xörək qaşığı duz və 2 x.q. sirkə cövhəri tökülür və qarışdırılır.

Buna da baxın

Qırmızı Bibər Turşusu

Whatsapp ilə Paylaş Ərzaqlar 2 kq qırmızı bibər 2 baş sarımsaq 2 dəstə cəfəri 1 …