Əsas səhifə / Əsas menu / Yemək reseptləri / İçi kremli qurabiyə
Bizi mobildən daha sürətli  izləyin

İçi kremli qurabiyə

esas

İçi kremli qurabiyə

Tərkibi:

4 ədəd yumurta
1 su stəkanı un
1 xörək qaşığı nişasta
1 limonun rəndələnilmiş qabığı
1 su stəkanı şəkər tozu
3 şorba qaşığı pudra şəkəri
30 qram marqarin
3 xörək qaşığı kakao

Kremi üçün:

1 paket toz krem şanti və süd

Hazırlanması:

Bütün vəsaitləri dərin bir qaba töküb, yaxşıca qarışdırın. Xəmiri krem sıxma torbasına doldurun.
Soba nimçəsini yağlayıb, krem torbasında xəmirləri sıxaraq, nimçəyə əlavə edin. Əvvəldən isidilmiş 160 dərəcə sobada təxminən 15 dəqiqə bişirin.
Bişən peçenyeləri sobadan çıxarıb, soyuması üçün gözlədin. Krem şantini paketin üzərindəki qaydalara əsasən hazırlayın.
Hazırladığınız krem şantini krem sıxma torbasına doldurun. Soyuyan peçenyelərin yarısının üzərinə krem şanti sıxın.
Digər peçenyeləri üzərinə bağlayıb,səliqə ilə düzün. Peçenyeləri yarım saat gözlədib, daha sonra təqdim edin.

NUŞ OLSUN!

 

Buna da baxın

Evdə hazırlaya biləcəyiniz krem

Whatsapp ilə Paylaş Qırışa qarşı kremlər kiçik qırışların görünməməsini təmin edir. Təbii ki, qırışların həqiqətən …