Əsas səhifə / Əsas menu / Yemək reseptləri / İçinizi isidəcək buğda şorbası
Bizi mobildən daha sürətli  izləyin

İçinizi isidəcək buğda şorbası

buİçinizi isidəcək buğda şorbası

Qış aylarında içinizi istilədəcək buğda şorbasını reseptini sizə təqdim edirik

Tərkibi:

1 su stəkanı buğda

1/2 su stəkanı qırmızı mərcimək

5 su stəkanı isti toyuq suyu

2 yemək qaşığı zeytun yağı

1 çay qaşığı tomat pastası

1 ədəd orta boy pomidor

Dadlı olması üçün:

1 ədəd yumurta sarısı

3 yemək qaşığı un

6 yemək qaşığı qatıq

1/2 su stəkanı ilıq su

1 çay qaşığı limon suyu

1/2 çay qaşığı duz

Sərvis edilməsi:

1/2 su stəkanı rəndələnilmiş kaşar pendiri

1/4 dəstə əkin indausu (istəyə görə)

Bişirmə müddəti: 60 dəqiqə

Təklif

Şorbanı bişirəndə toyuq suyu əvəzinə ət suyu, qırmızı mərcimək yerinə əriştə istifadə edə bilərsiniz. Şorbanı pomidor və tamat istifadə edərək hazırlayanda istəyə görə toyuq suyuna qurudulmuş tərəvəz çeşidi də qata bilərsiniz.

Hazırlanması

Bir gün əvvəldən qırmızı mərcimək və buğdanı ayrı-ayrı qablarda suda saxlayın. Səhəri gün bol suda, 35-40 dəqiqə qədər ayrı-ayrı qazanlarda qaynadın.

Qabığını soyduğunuz orta boy pomidoru kiçik kublar halında doğrayın. Zeytunyağını dərin bir qazanda qızdırdıqadan sonra pomidor pastasınını 2-3 dəqiqə qədər az atəşdə qovurun. Doğranmış pomidorları əlavə edin, suyunu çəkənə qədər qovurma əməliyyatını davam etdirin. Şorbaya əsl ləzzətini verəcək olan isti toyuq suyunu qazana tökün alın və az atəşdə qaynamağa buraxın.

Şorbanın yaxşı olması üçün qaynatdığınız qaynatdığınız inqrideyentləri süzün, onları bir dəfə soyuq sudan keçirin.

Şorbanın tərbiyəsi üçün; yumurta sarısı, un, qatıq, ilıq su, limon suyu və duzu çalın. Hazırladığınız qarışığı yumurta və qatığın kəsilməməsi üçün qaynamaqda olan pastalı toyuq suyu ilə qarışdırıb şorba qazanına tökün. Az temperaturda aralarda qarışdıraraq 10-15 dəqiqə qədər bişirməyi davam etdirin.

Nuş olsun …


Buna da baxın

Küncütlü qrilyajın hazırlanma qaydası

Whatsapp ilə Paylaş Fransız desserti olan qrelyaj olduqca dadlı eyni zamanda asan və tez hazırlanan …