Əsas səhifə / Əsas menu / Sağlamlıq / İçki və siqaret niyə eyni zamanda istifadə olunur?
Bizi mobildən daha sürətli  izləyin

İçki və siqaret niyə eyni zamanda istifadə olunur?

 

482x351_kurenie_privodit_k_alkogolizmu_chto_delat

Missuri Tibb Universiteti nümayəndələrinin apardığı araşdırma nəticəsində məlum olub ki, nikotin və alkoqolun birlikdə istifadəsi yuxu qaçırır.

Universitetin nevrologiya şöbəsinin direktoru, professor Maheş Zakkar jurnalllardan birinə müsahibəsi zamanı bildirib ki, nikotin alkoqolun yuxu gətirən təsirini aradan qaldırır.

Zakkarın əvvəlki araşdırmaları nikotin və alkoqolun birlikdə istifadəsi beynin mükafatlandırma sisteminə təsir etdiyini ortaya qoymuşdu. Amma sonra aparılan araşdırmalar nəticəsində bəlli oldu ki, hər iki maddə – alkoqol və nikotin bir-birini dəstəkləyir.

Siçanlara yuxu ölçən eltron cihazlar taxan alimlər, bu qənaətə gəliblər ki, nikotin ön beyinə təsir edərək alkoqolun yuxu gətirən təsirini yox edir.

Zakkar, eyni zamanda, siqaret çəkən birinin daha çox alkaqol aldığı qənaətinə gəlib. Deməli, hər iki maddə bir-birini dəstəkləyir.

Qeyd edək ki, hər il dünyada 7 milyon insan narkotik və alkoqol istifadəsindən dünyasını dəyişir.//atv.az

Buna da baxın

Dişlərə zərər verən 9 qida

Whatsapp ilə Paylaş Gün ərzində ən az iki dəfə dişlər fırçalanmalı, diş iplərindən mütəmadi olaraq …