Əsas səhifə / Manşet / İdeal çəkinizin sirri əlinizdədir
Bizi mobildən daha sürətli  izləyin

İdeal çəkinizin sirri əlinizdədir

ideol porsiyonolcusu

Normal çəkinizi qorumaq üçün təbii ki, yediyiniz  qidaların ölçüsünü bilməlisiniz. Hər qidanın kalori  miqdarı fərqli olduğu üçün yeyəcəyiniz ölçü də fərqli olmalıdır.

Əgər qidaların standart ölçüsünü təyin etməkdə çətinlik çəkirsinizsə, Qadinklubu.com-un təqdim etdiyi qaydaya əsasən əlinizdən ölçü vahidi kimi istifadə edə bilərsiniz.

Məsələn; ət yemək istəyirsinizsə, öz ovuc içinizi ölçü olaraq almalısınız. Əgər kərə yağı yeyəcəksinizsə, ölçü baş  barmağınızın ölçüsünü  keçməməlidir.

Və maraqla gözlənilən sual 1 kibrit qutusu pendirin ölçüsü

Qidalanma mütəxəssislərinin müntəzəm olaraq bəhs etdiyi 1 kibrit qutusu pendir iki barmağınızın qalınlığı qədərdir. Makaron üçün isə ən ideal ölçü yenə öz yumruğunuz qədər olmalıdır. Yer fındığı əzməsini yalnız iki baş barmağı  qədər istehlak edin. İdeal şokoladın ölçüsü isə işarə barmağınızın qalınlığı qədərdir. Karbohidratlı qidalar isə daim bir yumruğunuz  qədər olmalıdır.

Buna da baxın

Kalsium ehtiyacını ödəyən qidalar

Whatsapp ilə Paylaş Hamımız güclü sümüklər və dişlər üçün, yaşımıza görə müəyyən nisbətlərdə kalsium almağımızın …