Əsas səhifə / Manşet / İdeal omlet üçün 9 ipucu
Bizi mobildən daha sürətli  izləyin

İdeal omlet üçün 9 ipucu

 

ideal omlet ucun 9 ipucu

Omlet hazırlayacağınız tavanın qapağına bir qədər kərə yağı sürtün.

Yumurtaları mikserlə deyil, əllə çırpın.

Yumurtanı tavaya əlavə etməmişdən əvvəl yüksək temperatur təyin edin. Yumurtanı əlavə etdikdən sonra isə ocağın dərəcəsini azaldın.

Omletin yaxşı qabarması üçün 4 ədəd yumurtaya 1.5 ç/qaşığı mannı və ya un əlavə edin.

Əgər 4 yumurtaya 2 ç/qaşığı xama əlavə etsəniz, qaymaqlı ləziz bir dad əldə edəcəksiniz.

Omletin ətirli və xəfif olmasını istəyirsinizsə, onda bir az kərə yağı, bir az da duru yağ əlavə edin.

Əgər omletə göyərti əlavə edəcəksinizsə bunu yumurta ilə birlikdə bişirməyin. Hazır olanda əlavə edin ki, göyərtinin vitamini və ətri qalsın.

Əgər diyetik omlet hazırlamaq istəyirsinizsə, ancaq yumurta ağını, əksinə hazırlamaq üçün isə sarısını seçim edin.

Omletin bişirərkən qazandığı qabarıqlığı itirməməsi üçün 1 yumurtaya 20 ml süd əlavə edin.