Əsas səhifə / Manşet / İlk görüşdə ona bu sualları verin
Bizi mobildən daha sürətli  izləyin

İlk görüşdə ona bu sualları verin

bulusma

Uzun müddətdir danışdığınız biri ilə, görüş planlamısınız. Lakin ilk görüşdə ona nə suallar verəcəyinizi bilmirsiniz. Qadinklubu.com sizin bu işinizi asanlaşdırır. İlk görüşdə, bu sualları verməklə, xoşladığınız şəxs haqqında ətraflı məlumt əldə edə bilərsiniz.

-Günlərini necə keçirdirsən?

Bu sual onu daha yaxşı tanımaq üçün kömək olacaq.  Beləcə ictimai həyatı, iş həyatı və yoldaşlarına olan bağlılığı mövzusunda məlumatlar əldə edə bilərsiniz.

-Boş günlərində nələr edirsən?

Bu sual, onun nələrdən xoşlandığını, nələr etməkdən zövq aldığını anlamağınız üçün yaxşı fürsətdir.

-İşindən razısan?

Birdən birə “Sən nə işləyirsən?” sualı vermək, ətrafdan çoxda yaxşı görünməyə bilər. Ona görə, sualı bir qədər fərqli formada verərək, onun haqqında daha çox məlumat toplaya bilərsiniz.

 -Münasibətlərində  hiss etdiklərini söyləyirsən?

Bu sualla, qarşınızdakı şəxsin ciddi bir münasibətdən nələr gözlədiyini öyrənmiş olacaqsınız.

-İzləməkdən zövq aldığın TV proqramı, film, teatr oyunu, ya da musiqi növü nədir?

Bu suala verəcəyi cavab onun nələrdən xoşlandığını açıqca ortaya qoyacaq. Bu sual onun həyata baxışını anlamağa sizə kömək olacaq. Zövqlərinizin nə qədər uyduğunu, ortaq nöqtələrinizi öyrənmiş olacaqsınız.

 

-Pul qazanmaq məcburiyyətində olmasaydın, həyatını necə yaşayardın?

Bu sualla onun xəyalları, ümidləri haqqında fikir sahibi ola bilərsiniz. Verəcəyi cavablardan onun ruh halını və istəklərini asanlıqla anlaya bilərsiniz.

 -Ən çox utandığın anı mənimlə paylaşarsan?

Bu suala veriləcək cavab söhbətinizi daha da maraqlı edəcək.

-Ailənlə yaşayırsan, yoxsa tək?

Bu mövzu onun məsuliyyət sahibi və ya ailəyə bağlı olub olmadığını analiz etmənizə köməkçi ola bilər.

 -Köhnə sevgililərinlə hələ də görüşürsən?

Bu mövzu köhnə sevgilisinə hələ dəyər verib-vermədiyini və ya münasibətlərə olan baxışını ortaya çıxardır.

 

Buna da baxın

Bilirsiniz ilk görüşdə kişilər qadının nəyinə fikir verir?

Whatsapp ilə PaylaşBilirsiniz ilk görüşdə kişilər qadının nəyinə fikir verir? Xəbəri şəkillərlə oxumaq üçün şəkillərin …