Əsas səhifə / Əsas menu / Sağlamlıq / Qadın sağlamlığı / İlk mensturasiyanın gecikmə səbəbləri
Bizi mobildən daha sürətli  izləyin

İlk mensturasiyanın gecikmə səbəbləri

28b068c013

İlk mensturasiyanın gecikmə səbəbləri

Qızlar ilk dəfə neçə yaşında aybaşı olur? Yeniyetməlikdə aybaşı gecikməsi hansı səbəblərdən qaynaqlanır ?

Qız uşaqlarında yeniyetməliyin ilk əlaməti döş tumurcuqlanmasıdır və təxminən 8-10 yaşlarında başlayır. İkinci yeniyetməlik mərhələsi isə genetik bölgədə tüklənmənin başlamasıdır, təxminən 11 yaşlarında başlayır. Son mərhələ isə aybaşı qanmasının başlamasıdır ki, bu da təxminən 12 yaşlarında başlayır.

İlk aybaşının gecikməsi nədən qaynaqlanır?

16 yaşına gəldiyində aybaşı olmamaq mində bir qızda rastlanan bir haldır. Ancaq yenə də 16 yaşına kimi gözləmək düzgün olmaz. Məsələn, bir qız uşağı 14 yaşına gəlibsə, ancaq sinə tumurcuqlanması başlamayıbsa, bu esterogen ifrazı ilə bağlı bir problemə işarə edə bilər və həmin qızı çox gözləmədən müayinəyə aparmaq lazımdır.

Qız uşaqlarında aybaşının gecikməsi və yaxud heç vaxt olmamasının fərqli səbəbləri vardır.

Xromosom səbəblər. Doğuşdan meydana gələn fərqli xromosom pozuntuları aybaşını əngəlləyə bilər. Yenə xromosomlardakı bəzi tutulmalar və əskikliklər yumurtalıqların işləməməsinə səbəb olur. Heç aybaşı olmamağın ən sıx səbəbi də məhz budur.
Fərqli xroniki xəstəliklər. Şəkər, tiroid vəzi xəstəlikləri, doğuşdan meydana gələn ürək xəstəlikləri aybaşının gecikməsinə yol açır.

Çox arıq olmaq.

Bədən ağırlığının çox aşağı olması. Qadınların aybaşı ola bilməsi üçün bədənlərində yağ nisbətinin 17 % in üstündə olmalıdır. 17-dən aşağı olduğunda aybaşı gecikir və yaxud heç vaxt olmur.

Psixoloji pozuntular.

Aneroksiya, bulimiya kimi yemək pozuntuları, bununla bağlı yaşanan psixoloji problemlər aybaşı gecikməsinin səbəbləri sırasındadır.

Çox idman.

Müntəzəm və çox edilən idman aybaşını gecikdirir. Aybaşı olmadan belə ağır atletik idmanla məşğul olanlarda aybaşı təxminən 4 il gecikir.

Doğuşdan gələn anatomik pozuntular.

Uşaqlıq və ya vaginanın olmaması. Qadınların 15 % -də bu hal yaşanır.

Yumurtalıqların zədələnməsi.

Daha erkən yaşlarda qəbul edilən kimyaterapiya, radioterapiuya ilə yumurtaların zədələnməsi aybaşı gecikməsinə səbəb olur.

Beynin hipotalamus və hipofiz bölgələrinin şişləri aybaşı mexanizmini korlaya bilər.

Bu cür problemləri olan qızları mütləq pediatr və ginekoloq müayinəsinə  aparmaq lazımdır.

Buna da baxın

İdman edərək menstruasiya sancılarından azad olun

Whatsapp ilə Paylaşİdman edərək menstruasiya sancılarından azad olun Bir çox qadın üçün menustrasiya dövrü çox …