Əsas səhifə / Manşet / İlk qar salatı
Bizi mobildən daha sürətli  izləyin

İlk qar salatı

ilk qar

Qarşıdan qış fəsli gəlir. Əziz xanımlar, siz qışın gəlişini süfrənizdə qeyd edə biləsizniz.

Bunun üçün Qadınklubu.com ilk qar salatının reseptini təqdim edir:

Tərkibi (4-5 nəfərlik):

• Kahı yarpağı – 4-5 ədəd

• Kələm – 100-130 qram

• Bolqar bibəri (qırmızı və yaşıl) – 2 ədəd

• Kök – 2 ədəd

• Zeytun yağı

• Duz

• Göyərti ( cəfəri, şüyüd və keşniş)

• Ağ duzsuz pendir

Hazırlanması:

Kələm və bibərlər çox nazik doğranır, kök sürtkəcdən keçirilir. Hamısı birlikdə qarışdırılır, üzərinə zeytun yağı və duz əlavə edilir.

Kahı yarpaqları səliqə ilə qaba düzülür, tərəvəz qarışığı əlavə edilir. Üzərindən sürtkəcdən keçirilmiş ağ, duzsuz pendir və xırda doğranmış göyərtilər əlavə edilir.