Əsas səhifə / Manşet / İncəbelli qadınların 5 sirri
Bizi mobildən daha sürətli  izləyin

İncəbelli qadınların 5 sirri

incebelli qadinlarin 5 kicik sirri

İncə bir belə sahib olmaq istəməyən qadın yoxdur. Ancaq incə belli olmaq üçün diqqət etməli olduğunuz bəzi incə məqamlar vardır. Ətrafınızda gördüyünüz və qibtə edərək baxdığınız o incəbelli  qadınların kiçik sirləri vardır.

Qatıq

Aparılan araşdırmalar gündə 3 kasa  qatıq yeyən insanların daha asan zəiflədiyini və bel ətrafındakı yağların da azaldığını göstərir. Qatıq, kilo vermək istəyənlər üçün tərkibindəki karbohidrat və zülal baxımından olduqca sağlam bir qidadır. Gündə 1 boşqab qatıq, gündəlik kalsium ehtiyacının 30%-ni  qarşılayır. Qatıq günün istənilən vaxtı yeyilə bilər.

Pomidor

Pomidorun tərkibində  yüksək nisbətdə vitamin A və C vardır. Orta boy bir pomidor 35 kaloridir və gündəlik almalı olduğunuz  C vitamininin 40%-ni, A vitamininin isə 20% -ni təşkil edir. Pomidorun prostat və həzm sistemi xərçənglərinin riskini azaltdığı da isbat edilmişdir.

Bibər

Bibərin tərkibində yüksək miqdarda  antioksidan vardır. Beta karoten də bir növ antioksidandır və immunitet sistemini gücləndirir. Gündə 2 ədəd bibər C vitaminin 30%-ni qarşılayar və yalnız 20 kaloridir.

Su

Sağlam qidalanmanın ən əhəmiyyətli elementi olan su, qida dəyəri olmamasına baxmayaraq bədən funksiyalarında, həzmdə, maddələr mübadiləsidə və hüceyrə qorunmasında vacibdir. Su, kilo vermək istəyənlərin də ən böyük köməkçisidir. Belə ki,  iştahı azaldır, maddələr mübadiləsini sürətləndirir. Əgər qeyri-kafi su içirinizsə, bədən aldığı suyu tutar və qabarıqlıq yaşanmasına səbəb olur. Qabarıqlıq və təzyiq problemləri yaşamamaq üçün kafi nisbətdə su içmək lazımdır.

Tərəvəz

Tərəvəz, meyvə, yağsız süd məhsulları, mineral su, bitki çaylarının tərkibində  bol su vardır. Eyni zamanda qovun, portağal, kahı və pomidor kimi meyvə və tərəvəzlərin də su məzmunu yüksəkdir.

Buna da baxın

Boyanalı çolpa

Whatsapp ilə Paylaş Tərkibi: Kənd çolpası – 1 ədəd Boyana otu – 1 dəstə Düyü …