Əsas səhifə / Manşet / İnfarkt, insult və ürək çatışmamazlığının ilkin əlamətləri
Bizi mobildən daha sürətli  izləyin

İnfarkt, insult və ürək çatışmamazlığının ilkin əlamətləri

İnfarkt insult və ürək çatışmamazlığının ilkin əlamətləri

Hansısa bir pəhrizlə qidalanmaq və yaxud düzgün yaşanılmayan həyat tərzi zaman-zaman gözlənilməz infarkt, insult və ürək çatışmamazlığı kimi sağlamlıq baxımından olduqca təhlükəli xəstəliklərə səbəb ola bilər. Ona görə də bu kimi pis hallarla qarşılaşanda necə davranmaq lazım olduğu haqqında hamımız məlumatlı olmalıyıq. Əgər vaxtında xəstəliyi müəyyən edə bilsək, özümüzə və ətrafımızdakılara da kömək etmiş olarıq.

Stenokardiya və ya miokard infarktının əlamətləri.

*Döş qəfəsində intensiv ağrı
*Qol, boyun, qarın, kürək, alt çənə və sinə nahiyyəsində, xüsusən də sol tərəfdə müşahidə edilən ağrılar.
*Nəfəs çatışmamazlığı
*Tərləmə
*Həzm pozğunluğuna bənzər ürək bulanma, mədə ağrıları

İlkin müdaxilə.

Özünüzdə bu kimi hallar hiss etdiyinizdə, olduğunuz məkandan asılı olaraq, əyləşin və ya uzanın. Daha sonra döş qəfəsini sıxan geyimlərdən azad olun. Köynəyinizin yaxasını açın. Dilin altına nitroqliserin qoyun. Nitroqleserin öz təsirini göstərərkən, baş ağrılarının müşahidə edilməsi dərmanın pis effekt verməsi demək deyil. Bu dərmanın müalicəvi təsirindən irəli gəlir. Birinci həbi qəbul etməyinizdən 5 dəqiqə sonra ikinci həbdən istifadə edə bilərsiniz. Bu ilkin müdaxilələri tətbiq etdiyiniz müddət ərzində təbii ki, təcili tibbi yardıma zəng etməyi unutmayın. Xəstəni təcili yardım ilə xəstəxanaya çatdırmaq daha məqsədə uyğundur. Sizin düzgün ilkin müdaxiləniz və həkimlərin ilkin dioqnostik tədbirləri sayəsində xəstənin infarkt olmasının qarşısını almaq və ya az da olsa vəziyyətinin yaxşılaşmasında kömək edə bilərsiniz.

Ürək çatışmamazlığıın əlamətləri.

Ürək qanın orqanizm boyu dövr etməsini təmin edir. Qan orqanizmin fəaliyyəti və yaşaması üçün lazım olan oksigen və qidalı maddələri orqan və sistemlərə çatdırır. Ürəyin bu funksiyası pozulduqda ürək çatışmazlığı inkişaf edir.

*Gözlərdə torlanma, qara nöqtələrin görülməsi halları
*Baş fırlanması
*Halsızlıq
*Sürətli ürək çarpıntısı
*Nəfəs çatışmamazlığı

Bu kimi hallar müşahidə edildikdə mütləq həkimə müraciət edin.

İnsultun əlamətləri.

*Üz, əl və ayağın keyləşməsi, çox vaxt eyni tərəfdə müşahidə edilir.
*Gəzməkdə çətinlik çəkmək, titrəmə
*Baş ağrısı
*Ürək bulanması, qusma
*Tərləmə
*Yaddaşsızlıq, diqqətsizlik

Beyinin fəaliyyətində yaranmış problemlərin nəticəsində meydana çıxan xəstəlikdir. İnsult sağda baş verirsə sol tərəfi və ya əksinə iflic edir. Beyin insanın çoxlu orqanlarının hərəkət və hissiyatına cavab verir. Müasir mütəxəssislərin düzgün müdaxiləsi və düzgün başlayan müalicə, bu təhlükəli xəstəlikdən xilas olmağa çox fayda verir. İnsultun 3 növü vardır: – işias insult, hemoraqik insult və subaraxnoidal qan sızması.

İşias insult beyinə gedən damarların tıxanması nəticəsində, beyinə qanın getməsinin çətinləşməsi nəticəsində yaranır.
Hemoraqik insult-başqa adla beyinə qan sızması kimi də tanınır. Beyindəki damarların partlaması nəticəsində qanın axması ilə müşahidə edilir.
İnsultun yaranmasına təsir edən faktorlar: siqaret, alkoqol, köklük, oturaq həyat tərzi, diabet, stress.

Buna da baxın

Qadınlar haqqında heyrətamiz həqiqətlər

Whatsapp ilə PaylaşQadınlar haqqında heyrətamiz həqiqətlər Qadınlar çox fərqlidirlər. Dini mifologiyalara görə, qadınlar kişilərin sağ …