Əsas səhifə / Əsas menu / Pəhriz / İnsan həftə ərzində nə qədər ət yeməlidir?
Bizi mobildən daha sürətli  izləyin

İnsan həftə ərzində nə qədər ət yeməlidir?

İnsan həftə ərzində nə qədər ət yeməlidir?

1413549258

Bir insanın həftədə nə qədər qida qəbul etməli olduğu haqqında məlumatı təqdim edirik:

Mütəxəssislər sağlam və uzun ömür üçün 3 əsas məsləhət veriblər: “həm ət, həm tərəvəz yeyin”, “torpaqda yetişən qidaları seçin” və “idman edin”.

Həftədə ən çoxu 0,5 kq ət qəbul edilməlidir. Bundan artığı çəkinin artmasına və sağlamlıqla bağlı problemlərə səbəb ola bilər.

Mütəxəssislər gündə 70 qramdan az ət yeyən qadınlarda dəmir çatışmazlığı riskinin daha çox olduğunu bildiriblər. Əgər qadınlar qırmızı ət istehlakını azaldarsa dəmir çatışmazlığı əmələ gələr. Mütəxəssislər bununla yanaşı yorğunluq, ürək keçmə və aritmiya kimi problemlərə gətirib çıxaran anemiyaların da qaçılmaz olduğunu söyləyirlər.

Brokoli xolestrolu salır. Qaraciyərləri təmizləməyə kömək edir.

Zeytun yağı ürək xəstəlikləri riskini azaldır.

Omeqa 3 – beynin sağlam inkişafı üçün idealdır.

Yumurta – mütəxəssislər gündə bir yumurta yeməyi məsləhət görürlər. Yüksək təzyiqdən əziyyət çəkənlər istisnadır.

Qırmızı şərab – üzümdə olan antioksidantlar ürək xəstəlikləri riskini azaldır. Artıq çəki ilə mübarizə aparır. Kalorisi az olduğu üçün gündə iki qədəh içilə bilər.

Şokoladın tərkibində süd nə qədər azdırsa, bir o qədər faydalıdır. Daha çox qara şokoladdan istifadə məsləhət görülür. Həftədə bir neçə dəfə 30 qram şokolad yemək faydalıdır.

Çərəz- aclığı azaldır.

Qəhvə – içindəki antioksidantlar sayəsində parkinson xəstəliyi riskini azaldır. Ancaq çox içildikdə sinir sisteminə pis təsir edə bilər.

Südün tərkibindəki maddələr qidaların tez həzm olunmasına kömək edir. Bu da yağların bədəndə çox qalmasının qarşısını alır. Gündə yarım litrə qədər süddən istifadə etmək olar.

Çiyələk və böyürtkən – içərisindəki yüksək miqdarlı antioksidantlar yaşlılıqla bağlı yaranma riski yüksək olan ürək xəstəlikləri, xərçəng və diabetin qarşısını almağa kömək edə bilər.


Buna da baxın

Pizza resepti

Whatsapp ilə Paylaş Tərkibi; Xəmir üçün: 5 su stəkanı un 1 paket  maya (10 qr), …