Əsas səhifə / Manşet / “İnsan yaşadıqlarının səbəbkarıdırmı?-Bu Bizik
Bizi mobildən daha sürətli  izləyin

“İnsan yaşadıqlarının səbəbkarıdırmı?-Bu Bizik


Bu bizik proqramının qonağı Astroloq Səbuhi Rəhimli, parapsixoloq Rafiq Cərullayev və “O Səs Türkiyə” müsabiqəsində çıxış etmiş gənc müğənni Nicat Məhərrəmov olub.

Fərqanə Gülağa qızı ilə maraqlı və aktual mövzuların müzakirə edildiyi proqramda olduqca maraqlı məqamlara toxunulub. Fərqanə Gülağa qızının “İnsanın yaşadığı problemlər onun öz günahıdırmı?” sualına Səbuhi Rəhimli astrologiya aspektindən yanaşaraq insanın yaşadıqlarında hansısa qüvvənin və ya özünün səbəbkar olduğunu dolğun şəkildə açıqlayıb.

Parapsixoloq Rafiq Cərullayev “Bioenerji nədir?” sualına açıqlama gətirərək enerji mənbəyi və insana vacibliyini izahlı şəkildə aydınlaşdıraraq bir sıra narahatedici, düşündürücü sualların cavabını açıq şəkildə şərh edib, bioenerjinin tibblə əlaqəsini, faydaları haqqında olan fikirlərini paylaşıb. Eyni zamanda İnsan taleyi haqqında bəzi məqamlara aydınlıq gətirib. İnsanların həyatındakı çətinliklərdə öz düşüncələrinin rolunu izah edib.

Səbuhi Rəhimli övladın nankorluğunda valideynin rolu? sualını–uşaqlarla valideynin bürclərinə əsasən bəzən valideynin deyil, ətraf mühitin də öz təsirini göstəməkdədir deyə cavablandırıb.

Rafiq Cərullayev də fikri təsdiqləsə də valideynin rolunu yüksək qiymətləndirib. Nicat Məhərrəmov öz mahnıları ilə tamaşaçılara pozitiv anlar yaşadıb.

Sonda Səbuhi Rəhimli 2016-cı ilin bürclərin ilinin necə keçəcəyini hansı bürclərə uğurlu olacağını açıqlayıb.

Buna da baxın

“O səs Türkiyə”dən ayrılmağım vecimə deyil”

Whatsapp ilə Paylaş“O səs Türkiyə”dən ayrılmağım vecimə deyil” “O səs Türkiyə”dən ayrılan azərbaycanlı müğənni Aygün …