Əsas səhifə / Əsas menu / Sağlamlıq / İnsanı daşa çevirən xəstəlik: – Skleroderma nədir?
Bizi mobildən daha sürətli  izləyin

İnsanı daşa çevirən xəstəlik: – Skleroderma nədir?

 

259945

Dəri və bədənin digər orqanlarına təsir göstərən bu nadir xəstəlik skleroderma adlanır. Skleroderma dəriyə qüvvət və elastiklik qazandıran proteinin çox ifrazından dolayı yaranan qatılıq və bükülməzlikdir.

Skleroderma nədir?

Bu xəstəlik adi dəri tutulmasından orqan tutulmasına qədər gedib çıxan ciddi bir xəstəlikdir. Şikayətlər xəstədən xəstəyə fərqli yaşanır. Bədənin immunitet sistemindəki anormallıqdan dolayı yaranan bu xəstəlik uzun müddət səssiz inkişaf edə, bəzən isə tez bir zamanda özünü göstərə bilər. Tibb dilində “Qatı dəri xəstəliyi” adlanan skleroderma xalq dilində “Yamyam xəstəliyi”, ya da “İnsanı daşa çevirən” xəstəlik kimi tanınır. Xəstəlik zamanı hüceyrələr öz toxumasına hücum edib əzələ toxumları və hüceyrələri yeyir.

Səbəbi nədir?

Xəstəliyin səbəbi olaraq genetik amillər və bəzi xarici amillər nəzərdə tutulur.

Nələrə səbəb olur?

Əsas əlaməti dəri qalınlaşması və gərginliyidir. Ancaq sadəcə dəriyə deyil, ağciyər, ürək və qan damarları, qida borusu, mədə, böyrək, bağırsaq sistemi kimi bədənin bir çox bölgəsindəki toxumaya zərər verir.

Kimlərdə görülür?

Qara dərili insanlarda daha çox rastlanan, hər 2 min insandan birinə təsir edən xəstəlik qadınlarda kişilərə nisbətən 8 qat daha çox görülür. Əkizlərdə və otoimmun əzələ toxuması xəstəsi olan ailə üzvlərində yaşanma sıxlığı daha yüksəkdir. Daha çox 30-50 yaş arası insanlarda görülən xəstəlik uşaqlara da təsir edir. Özünə yaxşı baxan, yaxşı qidalanan insanlarda xəstəliyin görülmə nisbəti daha azdır. Bu xəstəliyə yoluxanların yüzdə 3-ü vaxtından əvvəl həyatlarını itirirlər.

Bütün əlamətlərə rəğmən uşaqlarda bu xəstəliyə dair diaqnoz qoymaq olduqca çətin olur.

Əlamətləri nələrdir?

Ən sıx rastlanan əlamətləri: dəridə sərtləşmə, əzələ toxumasında düzəlmə, hərəkətlərin azalmasıdır. Dəri parlaq və gərgin görünür. Ağız ətrafında cizgilər, burunda sivrilmə, ağız kənarında kiçilmə, diş tökülmələri kimi üz deformasiyaları yaşanır.

Əl, üz və dırnaq ətrafında genişlənmiş qırmızı qan damarları peyda olur, dəri altında kalsium yığımı, yüksək böyrək təzyiqi, udqunma çətinliyi, mədə və yemək borusu boyunca reflüks və ya yeməklərdən sonra köp, qəbzlik kimi həzm sistemi problemləri, nəfəs darlığı, oynaq ağrısı daha çox yaşanır.

Müalicəsi idman, dəri baxımı və dərman vasitəsi ilə həyata keçirilir. Eyni zamanda az qidalanmaq, həzm problemlərini həll etmək lazımdır.//atv.az

Buna da baxın

Bu xəstəlik qadınları sevir!

Whatsapp ilə Paylaş Hər yerim ağrıyır, yuxum qaydasında deyil, səhərlər yorqun oyanıram, heç cür dincələ …